Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (11-01-2016, 09:56)
İcra başçısı məcburi köçkünlərlə görüşdü - FOTOLAR

 İcra başçısı məcburi köçkünlərlə görüşdü - FOTOLAR

 

 

Prezident cənab İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır.

Mediatv.az xəbər verir ki, ölkə başçısının “Xalqla dövlət məmuru hər zaman bir yerdə olmalıdır” sözlərinə uyğun olaraq Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev növbəti dəfə həftə sonu məcburi köçkünlərin sıx məskunlaşdıqları Qayıdış qəsəbərində olmuş, vətəndaşlarla görüşmüş, onlara söhbət edib, problem və qayğılarını dinləmişdir. Əvvəlcədən planlaşdırılmayan görüşdə qəsəbə sakinlərinin problemləri dinlənilmiş, onları narahat edən məsələlər vətəndaşlarla birgə müzakirə olunmuş, mövcud nöqsan və çatışmazlıqların ictimai nəzarət qaydasında xalqla birgə həll olunmasına çalışılmışdır.

Qəsəbələrdə məskunlaşan məcburi köçkünlər dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunduqlarını fasiləsiz və pulsuz qaz, işıq, su və digər  sosial problərinin həll olunduğunu, qəsəbələrdə məktəb, uşaq bağçası, tibb məntəqəsi, kitabxana, mədəniyyət evi və poçt şöbəsininin fəaliyyət göstərdiyini  bildirmişlər. Məcburi köçkünlər Qayıdış qəsəbələrini birləşdirən avtomobil yolunun tikintisinin sürətləndirilməsini xahiş etmişlər. Alı Alıyev yolun tikintisinin hazırda qrafiq üzrə getdiyini, yaxın vaxtlarda Qayıdış qəsəbələrini birləşdirən yeni asfalt yolun istifadəyə veriləcəyini vurğulamışdır.  

Qayıdış qəsəbələrində məskunlaşan məcburi köçkünlər onlara göstərdiyi diqqət və qayğıya görə Prerzident cənab İlham Əliyeva və xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Alı Alıyev aidiyyəti qrumların nümayəndələri ilə birgə Qayıdış qəsəbələrindəki topdan və pərakəndə satış mərkəzlərində də olmuş, alıcı və satıcılarla söhbət etmişdir. Alıcılar bəzi ərzaq məhsullarının qiymətlərinin süni olaraq artırıldığını, bunun da onların ailə büdcəsinə təsir etdiklərini qeyd etmişlər, bu sahəyə nəzarətin gücləndirilmıəsini xahiş ediblər.

Alı Alıyev son günlər manatın məzənnəsinin aşağı düşməsi fonunda istehlak bazarında yaranmış vəziyyətə münasibət bildirmişdir. Qeyd etmişdir ki, rayonda istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarına yol verilməməli, bu sahəyə aidiyyəti təşkilatlar nəzarəti gücləndirməlidirlər.

“Prezident cənab İlham Əliyevin verdiyi tapşırıqlara uyğun olaraq rayon ərazisində qiymətlərin süni şişirdilməsinə, qiymətlərdə manipulyasiya hallarına yol verilməməlidir. Bu sahəyə cavabdeh olan təşkilatlar və rayon İcra Hakimiyyətində fəaliyyət göstərən komissiya istehlak bazarında gündəlik monitorinqlər keçirməli, bu sahəni müntəzəm nəzarətdə saxlamalıdırlar”, - deyə  Alı Alıyev vurğulamışdır.

Alı Alıyev vətəndaşlarla söbhət zamanı istər süni qiymət artımı ilə bağlı, istərsədə onları narahat edən digər məsələlərlə bağlı vətəndaşlıq mövqeyindən çıxış edərək ictimai nəzarət qaydasında rayon İcra Hakimiyyətində yaradılmış “qaynar xət”də və aidiyyəti qurumlara məlumat vermələrini xahiş etmişdir.

 

 

İcra başçısı məcburi köçkünlərlə görüşdü - FOTOLAR
İcra başçısı məcburi köçkünlərlə görüşdü - FOTOLAR
İcra başçısı məcburi köçkünlərlə görüşdü - FOTOLAR
İcra başçısı məcburi köçkünlərlə görüşdü - FOTOLAR
İcra başçısı məcburi köçkünlərlə görüşdü - FOTOLAR
İcra başçısı məcburi köçkünlərlə görüşdü - FOTOLAR
İcra başçısı məcburi köçkünlərlə görüşdü - FOTOLAR
İcra başçısı məcburi köçkünlərlə görüşdü - FOTOLAR
İcra başçısı məcburi köçkünlərlə görüşdü - FOTOLAR
İcra başçısı məcburi köçkünlərlə görüşdü - FOTOLAR
İcra başçısı məcburi köçkünlərlə görüşdü - FOTOLAR
İcra başçısı məcburi köçkünlərlə görüşdü - FOTOLAR

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024