Siyasət (16-11-2014, 11:52)
İcra başçısı səyyar qəbul keçirib - Fotolar
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların müraciət və təkliflərini dinləyir
"Mediatv.az"-a daxil olan məlumata görə rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu 7 №-li Qayıdış qəsəbəsində keçirilib.
Səyyar qəbulda 6, 7, 8, 9, 10 və 11-ci Qayıdış qəsəbələrinin sakinləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, xidmət təşkilatlarının nümayəndələri iştirak etmişdir.
Səyyar-qəbul görüşü rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açmış, bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirmişdir.
Alı Alıyev rayonda aparılan abadlıq quruculuq işlərindən, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşması ilə əlaqədar dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasətdən danışmış, qeyd etmişdir ki, Qayıdış qəsəbələri məktəb, uşaq bağçası, həkim ambulatoriyası, poçt, işıq, içməli və suvarma suyu ilə təmin edilmiş, hazırda 2 qəsəbəyə təbii qaz verilmişdir, digər qəsəbələrə isə qaz çəkilişi davam etdirilir.
Bildirmişdir ki, ölkə başçısının Sərəncamı ilə 11 qayıdış qəsəbəsini əhatə edən yolun tikintisinə isə yaxın vaxtlarda başlanacaqdır.
Sonra qəsəbə sakinlərinin müraciətləri dinlənilmişdir. Qəsəbə sakinlərinin səsləndirdikləri təklif və müraciətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilmiş, digərləri isə həll edilməsi üçün nəzarətə götürülmüşdür.
Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.
Səyyar qəbul-görüşü yekunlaşdıran Alı Alıyev rayonun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, qəsəbə sakinlərinin qaldırdıqları məsələlər barədə aidiyyati qurumlara konkret tapşırıqlar vermişdir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024