Cəmiyyət / Slayd (8-01-2016, 14:34)
Əsgərovların “Gazelli”si sahibkarları qaz kimi yolur
AZAL prezidentinin ailə şirkəti haqda nələr bilirik?
Kosmetik vasitələr Azərbaycanda məcburi sertifikatlaşdırma tələb olunan məhsullardandır. Bu, Nazirlər Kabinetinin 29 may 2015-ci il 208 nömrəli qərarı ilə nəzərdə tutulub və 1993-cü ildə 343 nömrəli qərarla təsdiqlənmiş 90 adda məhsulun siyahısına artırma ilə qeyd olunub. Bəs bu sertifikatlaşdırmanı kim həyata keçirir?
Mediatv.az xəbər verir ki, Azərbaycanda kosmetik vasitələrin sertifikatlaşdırılmasını həyata keçirən tək qurum olan Ekotest MMC-dir. 2011-ci ildən Milli Akkreditasiya Sistemində qeydiyyatdan keçən qurumun bu fəaliyyətində heç bir qüsur olmazdı. Əgər… Qurum ilə ölkənin yeganə kosmetika istehsalçısı Gazelli eyni şəxsə - Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevaya məxsus olmasa idi. Sertifikatlaşdırma üçün götürülən analizlər də elə Gazelli-nin Şüvəlanda yerləşən laboratoriyasında aparılır. Təsəvvür edirsinizmi, ölkənin ilk kosmetika brendinə rəqib olaraq bazara girmək istəyən hər hansı istehsalatçı Gazelli-nin “xeyir-dua”sını almalı olur? Ən absurd olan cəhət isə sertifikatlaşdırma qurumuna yoxlayacağı müəssisənin istehsal prosesinə və məkanına nəzarət etməsi ilə başlayır. Təsəvvür edin ki, siz rəqabətə başladığınız istehsalçının müəssisənizə girib, bütün istehsal sirlərinizi öyrənməsinə məcbursunuz.
Cahangir Əsgərovun özü hava nəqliyyatında böyük monopoliya yaradıb, baxmayaraq ki, “Azərbaycan Hava Yolları” QSC dövlət müəssisəsidir, xanımı isə kosmetika sahəsinə tam nəzarətə götürərək istədiyi şərti diktə edir. Təkcə bir ailənin nəzarətindəki monopoliya ölkəyə, vətəndaşlara nə qədər ziyan vurur. İndi bu cür monopolist məmur ailələrinin sayı onlarla olanda vəziyyətin necə fəlakətli olduğunu təsəvvür etmək adamı heyrətə salır. Məhz bu cür qüsurlu iqtisadi sistemin (əslində sistemsizliyin) tətbiqinə görə Azərbaycan bu cür çıxılmaz durumla üzləşib...
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024