Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Karusel (22-05-2014, 16:23)
Daha bir oliqrarxımızın "iqtisadi imperiyası"na daxil olan sərvətləri açıqlandı - SİYAHI

Son illər ölkəmizdə yerli və xarici investorların fəaliyyət göstərmələri üçün geniş imkanlar yaradılıb. Mövcud qanunvericilik çərçivəsində investorların sərmayələri lazımi səviyyədə qorunur. Vergi və gömrük qanunvericiliyi sahəsində etibarlı hüquqi bazanın yaradılması da xarici investorların ölkəmizə cəlb olunması baxımından əhəmiyyətli rol oynayır. Ölkənin enerji sektoru ilə yanaşı, digər sahələr də xarici investorlar üçün cəlbedici olaraq qalır.

 

Potensial investorlar isə Azərbaycanda maliyyə, inşaat (xüsusilə də iri biznes komplekslərinin yaradılması), kənd təsərrüfatı, alternativ enerji, turizm, informasiya texnologiyaları, qida və s. sektorlara böyük maraq göstərirlər. Dünyanın aparıcı investisiya şirkətləri, maliyyə qurumları ölkəmizə irihəcmli sərmayə yatırır, kreditlər ayırırlar. Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş xarici investisiyanın çox hissəsi Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç, Çexiya, Türkiyə və Koreyaya məxsusdur. Azərbaycanda reallaşan strateji əhəmiyyətli infrastruktur layihələrin icrasında türk şirkətləri daha fəal iştirak edirlər. Xarici investorların Azərbaycana sərmayə yatırmağa can atdıqları bir dövrdə bəzi oliqarx-məmurlarımız maliyyə sərvətlərini ölkədən kənara çıxararaq başqa-başqa dövlətlərdə biznes şəbəkəsi yaradırlar. Yəni Azərbaycanda qeyri-qanuni yollarla qazandıqları pulları xarici ölkələrə sərmayə şəklində yatırıb həmin dövlətlərin iqtisadiyyatının çiçəklənməsinə şərait yaradırlar. Adı daim biznes məsələlərində hallanan «Azərbaycan Hava Yolları» QSC-nin sədri Cahangir Əsgərovla bağlı şok iddia ortaya atılıb.

 

Gürcüstanda turizm sektoruna investisiya qoyan xarici iş adamları üçün şəraitin yaradılması Azərbaycan da daxil olmaqla bir çox ölkələrdən investorların bu ölkəyə marağını artırıb. Son illər bir çox azərbaycanlı oliqarxlar Gürcüstanın Qara dəniz sahillərində geniş ərazilər və daşınmaz əmlak alırlar.

 

 Onlardan biri də AZAL rəhbəri Cahangir Əsgərovdur. Saytda gedən məlumatlara görə, Əsgərovun biznes imperiyasının cəmləşdiyi "Gazelli” şirkəti Batumidə beşulduzlu dəbdəbəli hotel inşa edir. Hotel Qara dəniz sahilində, Batumi akvaparkının yaxınlığında yerləşir, sahəsi 21 min kvadratmetr təşkil edir. Hazırda hotelin tikintisi tamamlanmaq üzrədir. "Gazelli Hotel” 2015-ci ildə istifadəyə veriləcək. "Gazelli Hotel” Batumidə tikilməkdə olan 14 turizm obyektindən biridir. Bu obyektlərin əksəriyyətini türkiyəli investorlar tikir. Həmçinin ABŞ, İtaliya, İsveçrə və Rusiyadan olan investorlar da Batumidə turizim obyektləri inşa etməkdədir.

 

Məlumatlardan aydın olur ki, QSC sədri Batumidə hotel tikdirməklə Gürcüstanın turizm sektorunda yeni səhifə açmağa hazırlaşır. Deyilənə görə, son tamamlanma işləri gedən hotel Batuminin ən lüks məkanlarından biri olacaq. Azərbaycanlı iş adamlarının xaricdə biznes qurması, müxtəlif iri layihələrdə iştirakçı olması əslində qürurverici məqamdır. Dövlət məmuru olan Cahangir Əsgərovun adının bu kimi işlərə qarışması isə heç cür anlaşılan deyil. Sual yaranır: «Azərbaycan Hava Yolları»nın rəhbərində bu qədər sərvət hardandır ki, o, Batumidə beş ulduzlu hotel tikdirir? Cahangir müəllim hotelin "Gazelli» tərəfindən tikildiyini deyə bilər. Söhbətini apardığımız şirkətin maliyyə qaynağı isə elə AZAL rəhbərinin özüdür. Başqa sözlə Cahangir Əsgərovun maliyyə yardımları olmasa, şirkət bir gün belə fəaliyyətini davam etdirə bilməz. Müqayisə üçün bildirək ki, Azərbaycanda turizm sektoru Gürcüstana nisbətən zəif inkişaf edib. Buna baxmayaraq, dövlət səviyyəsində ölkə turizminin canlanması istiqamətində mühüm addımlar atılır. Belə bir ərəfədə adıçəkilən məmur maliyyə sərvətini Gürcüstanın turizm sektorunun dirçəldilməsinə sərf edir. Əldə etdiyimiz məlumatlara əsasən, QSC sədri Gürcüstanın kənd təsərrüfatı sektoruna da böyük yatırımlar edir. O daha çox şərabçılıq sahəsinə maliyyə vəsaiti ayırır və Gürcüstanda hazırlanan spirtli içkilərin xaricə ixracını həyata keçirir.

 

Məmur bu yolla maliyyə kapitalını hissə-hissə xaricə köçürür. Ki, sabah hansısa problemlə üzləşsə, illərdən bəri yığdıqlarını əlindən almasınlar. Digər tərəfdən, son illər hava nəqliyyatında ciddi problemlər yaşanmaqdadır. Belə ki, ötən il nəqliyyatda sərnişin daşınması aviaşirkətlərə 35 milyon 165,2 min manat ziyan vurub. Bu, əvvəlki illə müqayisədə 5,7 faiz çoxdur. Dövlət Statistika Komitəsindən bildiriblər ki, aviaşirkətlərin gəlirləri 262,4 milyon manat olub. Bu, 2012-ci ildəkindən 16 faiz çoxdur. Şirkətlərin sərnişin daşınması xərcləri 15% artaraq 297,6 milyon manat olub. QSC rəsmiləri isə maliyyə hesabatını «kommersiya sirri» adlandıraraq ictimaiyyətə heç bir açıqlama verməyiblər. Rəsmi statistikaya görə, 1996-2013-cü illərdə Azərbaycan aviaşirkətlərinin sərnişin daşımaları üzrə maliyyə itkiləri 418,6 milyon manat olub. Sadə məntiqlə fikirləşsək, yaranan maliyyə itkilərinin haradan qaynaqlandığını aydınlaşdırmaq olar. Çox güman ki, AZAL rəhbərinin xaricdəki biznesinin mayasını həmin itkilər təşkil edir. Məmurun Batumidə hotel tikdirməsi və hava nəqliyyatı ilə məşğul olan şirkətlərdə ciddi maliyyə itkilərinin qeydə alınması məsələsi yuxarı instansiyalar tərəfindən ciddi araşdırılmalı və QSC sədrinin barəsində zəruri ölçü götürülməlidir.

 

Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024