Sosial / Slayd (26-10-2015, 16:23)
HƏKİM OLUB NƏ İŞƏ YARADI Kİ, VƏKİL OLUB MİLLƏTƏ NƏ GÜN AĞLAYA?
HƏKİM GÜLNAR ABBASOVA HANSI ÜZLƏ DEPUTAT OLMAQ İSTƏYİR? “Ağdam səhiyyəsi can verir”; “Gülnar Abbasova Ağdam səhiyyəsini şəxsi qazanc mənbəyinə çevirib”; “Ağdam xəstəxanasında qalmaqal”; “Prezidentin açdığı xəstəxanada rüşvətxorluq-tüğyan edir“; “Baş həkim icra başçısı üçün pul topladığını iddia edir”; “Ağdam xəstəxanasında ağır cinayət törədildi”və sairə və ilaxır. Internet informasiya məkanı bu kimi tənqidi məqalə başlıqları ilə doludur. Hələ təsəvvür edin, bu sərlövhələrin altında nələr açıqlanıb. Və bütün bu neqativ hallara rəvac verən Ağdam Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Gülnar Abbasova indi parlament üzvlüyünə namizəddir. Bəli, G. Abbasova indi deputat olmaq istəyir. Namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülsə də, tərəqqipərvər Ağdam vətəndaşları əmindirlər ki, o, heç vaxt millət vəkili olmayacaq. Çünki deputat ollmaq hələ millət vəkili olmaq demək deyildir. Mandatı müxtəlif yollarla əldə etmək mümkündür, amma millət vəkili ictimai statusunu qazanmaq, xalqın gözündə ucalmaq lazımdır. Qəribədir, G. Asbbasova nəyə, hansı xidmətlərinə güvənib sinəsini qabağa verib? Ağdam səhiyyəsini iuflic vəziyyətə saldığına görəmi? Sabiq icra başçısı Həsən Sarıyevin həyat yoldaşı ilə birgə inhisarçı sövdələşməyə gedərək dərman biznesini ələ keçirdiyinə görəmi? Ayağına çöp batmaq kimi adi bir səbəblə xəstəxanaya gətirilmiş, həkim səhlənkarlığının və qeyri-peşəkarlığının qurbanı olan 6 yaşlı Tunar Əliyevin ölümünə görəmi? Siyasi mənsubiyyətinə görə ayrı seçkilik edərək vaxtında yardım etmədiyi Nuşirəvan Aslanovun ölümünə görəmi? Yaxud, sadalamaqla qurtarmayan başqa nöqsanlarına görəmi? Mərhumun oğlunun verdiyi məlumata görə, tibb bacılarından biri təcili yardım maşınlarına ayrılan yanacağın baş həkim tərəfindən satdırılması səbəbindən maşınların bakının həmişə boş olduğunu etiraf edib. Növbətçi həkim isə xəstəxananın iynə-dərmanını sataraq Antalyaya istirahətə getdiyini deyib. Sonda Gülnar xanıma xatırlatmaq istəyirik ki, millətimiz həkimliyə müqəddəs peşə deyib, vəkilliyə yox