Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (3-01-2016, 15:13)
"5 min dollara qədər kredit götürənlərin..." - Deputatdan banklara çağırış

"Bu axşam dollarla kredit götürmüş bir ailənin içimi sızladan hekayəsini dinlədim".

Mediatv.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva feysbuk-dakı səhifəsində yazıb.

Deputat bildirib ki, kirayədə yaşayan birgənc ailə Qobuda özlərinə balaca bir ev tikmək üçün kredit götürüb:

"Həmin gənc ailə devalvasiyadan sonra artıq ciddi ödəmək sıxıntısı çəkdiklərini və banka da bu barədə məlumat verdiklərini söylədi. O qədər qayğılı və üzüntülü idilər ki...

Hesab edirəm ki, ilkin mərhələdə ən azı dollarla 5 minə qədər kredit götürmüş insanların banklara ödəmələri əvvəlki kursla hesablanmalıdır. Çünki 5 minə qədər dollarla kredit götürən insanlar daha çox əhalinin maddi imkanları çox aşağı təbəqəsidir və əksəriyyəti çox ciddi bir problemini həll etmək üçün kredit götürüb və devalvasiyadan sonra onların banka ödəmələrində ciddi narahatlıq yarana bilər. Ona görə də onların əvvəlki kursla ödəmələri davam etdirməsi çox vacibdir.

Ümid edirəm ki, bu sahəyə cavabdeh şəxslər bu istiqamətdə araşdırma apararaq dollarla kredit götürmüş maddi imkanları zəif ailələrin ödəmə şərtlərini yüngülləşdirəcək bir yol tapacaqlar. Bu gün dərdinə kömək aramaq üçün gəlmiş gənc ananın gözlərindəki üzüntü, kədər hamımızı bu barədə daha çox düşünməyə çağırır”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024