Cəmiyyət (31-12-2015, 17:31)
Tikinti obyektləri üçün yeni qiymətqoyma sistemi tətbiq ediləcək
Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün yeni smeta-normativ və qiymətqoyma sistemi və onun əsasında qiymətqoymanın resurs metodu tətbiq ediləcək.
Mediatv.az-ın Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Baş nazir Artur Rasi-zadə tərəfindən imzalanmış qərara əsasən, 2016-cı il iyulun 1-dən Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsi üçün yeni smeta-normativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoymanın resurs metodunun (bundan sonra - resurs metodu) hazırda tikintinin ehtimal olunan qiymətinin təyin edilməsində istifadə olunan 1991-ci ilin mövcud smeta-normativ bazası ilə paralel olaraq tətbiqinə icazə verilir.
Yeni metoda əsasən, resurs metodu tikintidə istifadə edilən materialların, məmulatların, konstruksiyaların, mebel-inventar və avadanlıqların, həmçinin tikinti maşın və mexanizmlərinin və avtonəqliyyat vasitələrinin istismarının (bundan sonra - resurslar) mövcud cari qiymətlərinə, habelə tikintidə əməyin ödənilməsi üçün qüvvədə olan tarif dərəcələrinə əsaslanaraq tətbiq edilir.
“Tikintidə müqavilə qiymətlərinin hesablanmasında bazis-əmsal üsulunun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 4 sentyabr tarixli 200 nömrəli qərarı 2017-ci il iyulun 1-dən ləğv edilir və obyektlərin dəyərinin 1991-ci ilin bazis-smeta qiyməti əsasında qiymətləndirilməsi metodikasının tətbiqi dayandırılır.
Yeni metoda əsasən, Azərbaycan Respublikasında inflyasiya dərəcəsində və ya dövlət tərəfindən tənzimlənən qiymətlərdə baş verə biləcək dəyişikliklərlə bağlı, həmçinin digər səbəblərdən resursların və əməyin ödənilməsi üzrə tarif dərəcələrinin qiymətlərində hər hansı dəyişiklik müşahidə edildiyi halda, ildə bir dəfədən az olmayaraq, həmin resurslar üzrə bu qərarda göstərilən dövlət orqanlarının müəyyən etdiyi yeni məlumatlar əsasında resursların cari smeta qiymətlərini yenidən hesablanaraq, onların təsdiq edilməsi təmin edilir.
Qərarın icrası ilə bağlı müvafiq dövlət qurumlarına bir sıra tapşırıqlar verilib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024