Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (14-12-2015, 11:29)
İcra başçısından müflis olmuş AST Telmana dəstək: `Yardım edə bilərik...`

 

 

Xəbər verdiyimiz kimi, Azərbaycan əsilli yəhudi biznesmen və keçmiş milyarder Telman İsmayılov Moskva arbitraj məhkəməsinə ərizə ilə müraciət edərək müflis elan edilməsini xahiş edib. Bu xahiş dünya və yerli mətbuatda əsl sensassiyaya çevrilib. 

Mediatv.az xəbər verir ki, iddialara görə, T.İsmayılovun müxtəlif banklara və fiziki şəxslərə, şirkətlərə olan borcları 600 milyon dollara yaxındır. Onun ən böyük aktivi - Türkiyədəki 1,4 milyard dollarlıq “Mardan Palace” oteli də “Halk bank”a olan borcuna görə hərracda dəyərindən 10 dəfə aşağı qiymətə satılıb.


Moskva Arbitraj Məhkəməsinin icraatında T.İsmayılovun müflis elan edilməsinə dair iddia ərizəsinə baxılır. Bu ərizə noyabrın 23-də təqdim olunub. Milyarder isə məhkəmə tərəfindən rəsmi şəkildə müflis olma qərarının verilməsini gözləyir.



Keçmiş milyarderin Azərbaycanın Göyçay rayonunda yerləşən ata yurdu haqda mətbuatda ara-sıra məlumatlar dərc olunur. İndi baxımsız vəziyyətdə olan evdə bir zamanlar Telman İsmayılov və 11 qardaşının yaşayıb. 60-cı illərin əvvələrində isə bu çox uşaqlı ailə evlərini satıb və Bakıya köçüblər. 

T.İsmayılovun atası mərhum Mərdan kişinin Göyçay bazarında parça satdığı bildirilir. Onun qardaşlarından ikisi də dünyadan köçüb. Qardaşları ilə bərabər atası Mərdan kişi və anası Pəri xanımın məzarları da Moskvadadır. Digər bacı və qardaşları da Moskva ətrafı vilayətlərdə yaşayırlar. Məşhur biznesmenin həyat yoldaşı isə Quba rayonundandır. Onların Ələkbər və Sərxan adlı iki övladı var.

Bütün sərvətini itirən və müflis olduğunu bəyan edən Telman İsmayılova ata yurdu Göyçaydan hər hansı bir yardım edilə bilərmi? 



Göyçay Rayon İcra Hakimiyyətinin Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Zeynalova Zivər Oktay qızı azvision.az-ın sualını cavablandırıb.

İcra rəsmisi keçmiş biznesmenə Göyçay rayonunda edilə biləcək yardımlarla bağlı şərtləri açıqlayıb. Onun sözlərinə görə, T. İsmayılova Göyçay rayonunda icra başçısının dəstəyi ilə ictimai əsaslarla mülk verilə bilər:

“Rayon icra hakimiyyətində həmin şəxsə məxsus hansı mülklərin olub-olmaması ilə bağlı qeydiyyat aparılmır. Kimin harada əmlakının olması məsələi ilə Əmlak Komitəsinin yerli bölməsi məşğul olur. Yəqin ki, bu məsələlər birbaşa olaraq Ədliyyə Nazirliyinə aiddir. Nazirlik Telman İsmayılovun xarici ölkə vətəndaşlığından imtina edib, Azərbaycan vətəndaşlığına qəbul olunması ilə bağlı məsələləri araşdıra bilər.

Müflis olmuş insana yardım məsələləri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğul olur. Yəni ki, həmin şəxsin yardım və mülklə təmin olunması məsələləri İcra Hakimiyyətinin səlahiyyətləri daxilində deyil. 

Amma İcra hakimiyyəti tərəfindən kimlərəsə edilən yardımlar ictimai əsaslarla edilir. Yəni yardım üçün icra hakimiyyətinə hər hansı bir vəsait ayrılmır. Amma köməkliklər olunur və həmişə də olunacaq. Bu məsələ birbaşa olaraq ictimai əsaslarla yerinə yetirilir. Hər hansı bir vətəndaşın evinin tikintisi üçün bizə vəsait ayrılmır. Kiminsə qanında-canında xeyriyyəçilik hissələri varsa, o da gedib yardım edir, yaşamaq üçün sığınacaq verir. 

İstər Telman İsmayılov olsun, istərsə də digər öz vətəndaşlarımızın mənafeyini qorumalı, ona kömək əlimizi uzatmalıyıq. Ehtiyac olarsa və gücümüz çatarsa təbii ki, öz vətəndaşlarımıza yardım edə bilərik. Hər halda həmin vaxt araşdırmalar aparılacaq ki, vətəndaş nəyə görə müflis olub”,- deyə şöbə müdiri qeyd edib. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024