Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (15-07-2014, 15:39)
“AST Telman”a 135 milyon dollarlıq dava açan iş adamı müflis oldu

Rusiyanın Yamal-Nen Muxtar Vilayətinin Arbitraj Məhkəməsi “Manqazeya” neft şirkətinin müflis elan edilməsi üçün prosedurlara başlayıb.

 

Şirkət özü müflis olduğu barədə məhkəməyə müraciət edib.
“Manqazeya” neft şirkəti moskvalı biznesmen Sergey Yançukovun “Manqazeya” holdinqinə daxildir. Şirkət ziyanla işləyir və 1,7 milyard rubl kredit borcu yaranıb.
Bundan əvvəl S.Yançukovun holdinqinə daxil olan “Sezaria LTD” şirkətinin iddiası əsasında Kipr məhkəməsi “AST Telman” kimi tanınan Azərbaycan əsilli iş adamı Telman İsmayılovun aktivlərinə həbs qoyub. Şirkət T.İsmayılovun ona 135 milyon dollar borclu olduğunu və borcunu qaytarmaqdan imtina etdiyini bildirir.
Şirkətin iddia ərizəsində deyilir ki, T.İsmayılov “Sezaria LTD”dən 2010 və 2011-ci illərdə illik 10 faizlə 100 milyon dollar borc alıb. Bu vəsait T.İsmayılovun biznesinin inkişafına, o cümlədən “Mardan Palace” otelinin tikintisinə sərf edilib.
Lakin yəhudi milyarder krediti qaytarmayıb və 2013-cü ilin dekabrında T.İsmayılov barəsində Kipr məhkəməsinə şikayət verilib.
Bu iddia ərzizəsi əsasında T.İsmayılovun biznesinə daxil olan “Safis” şadlıq sarayının, “AST Golf Hotel”in, “Marina” ticarət mərkəzinin, Fransa sahillərindəki sarayın, yeddiulduzlu “Mardan Palace” otelinin bank hesablarına həbs qoyulub.
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024