Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (24-08-2015, 13:10)
Bu gün "AST Telman"ın məhkəməsidir

AST Şirkətlər Qrupunun prezidenti Telman İsmayılovu arbitraj məhkəməsi gözləyir.

ANS PRESS-in məlumatına görə, bu gün həmin məhkəmədə Moskva Bankının Telman İsmayılovun firmasına qarşı qaldırdığı iddiasına baxılacaq. Xatırladaq ki, Moskva Bankı cavabdehin əmlakının həbsi barəsində də məhkəməyə ərizə verib, amma iddiaçının bu xahişi təmin edilməyib.

Söhbət Telman İsmayılovun rəhbərlik etdiyi "AST" şirkətlər qrupundan Moskva Bankının 213 milyon dollarının geri alınmasından gedir.

İddia Moskva Arbitraj Məhkəməsinə 14 iyulda daxil olub. Əsas tələblər açıqlanmır.

Üçüncü tərəf kimi dinləməyə Britaniyanın Virciniya adalarında qeydiyyatda olan "Ruslan 2000" MMC kompaniyası da cəlb edilib. Bu firmanın fəaliyyətinin əsas növü daşınmaz əmlakın idarə olunmasıdır.

"AST" Şirkətlər Qrupunun rəhbəri, eyni zamanda adı Rusiyanın ən zəngin biznesmenlərinin siyahısa daxil olan sahibkar İsmayılov ilk dəfə 2009-cu ildə kiçik topdan satış ticarət mərkəzinin paytaxtı olan Çerkizovski bazarındakı fəaliyyətinə görə, hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı iddialarla rastlaşıb. Bu hadisədən sonra bazar çoxsaylı pozuntuların aşkar olunduğuna görə bağlanıb.

İsmayılov Telman Mərdan oğlu 1956-cı ildə Bakıda anadan olub. Həyatının çox hissəsini Rusiyada keçirən iş adamı hazırda da Rusiyada yaşayır və "AST" Şirkətlər Qrupunun sahibi, Rusiya milyarderidir. O, Türkiyənin Antalya şəhərində beş ulduzlu "Mardan Palace" adlı otel inşa etdirib, İsrailin Akko şəhərində atasının adına sinaqoq tikdirib.

Məlumatlara görə, Telman İsmayılov Türkiyənin "Antalyaspor" klubunu satın almaq istəyir. Hazırda onun oğlu "Antalyaspor"un vitse-prezidentidir.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024