Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (9-12-2015, 15:12)
Milli Fəaliyyət Planının monitorinqinin nəticələri açıqlandı

monitorinq.jpg

Azərbaycan “Free Person” İnsan Hüquqlarını Müdafiə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının icrasında  şəffaflıq ictimai təşəbbüsünə dəstək” layihəsi çərçivəsində Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyin artırmaq sahəsində Milli Fəaliyyət Proqramı monitorinqinın nəticələrini maraqlı tərəflərin iştirakı ilə Beynəlxalq Mətbuat Mərkəzində  dəyirmi masa arxasında müzakirə etdi. 

Mediatv.az xəbər verir ki, Monitorinqin nəticələrinə əsasən MFP-nin 22-ci bəndinin  3  il 11 ay  müddətində icrası əsas inan hüquq və azadlıqlarının qorunması sahəsində bir sıra mühüm addımların atılması ilə səciyyələnmişdir.  Xüsusən əhalinin ayrı-ayrı kateqoriyaları, xüsusi qayğı və müdafiəyə ehtiyacı olan təbəqələrinin hüquqlarının daha etibarlı müdafiəsi üçün addımlar atılıb.

Avropa İnsan Hüquqları Məhkəməsində azərbaycanlı məcburi köçkünlərin müraciəti əsasında Ermənistan dövlətinə qarşı dəymiş zərəri ödənilməsinə dair mülki işə baxılmasını, etnik azlıqların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində təşəbüsləri, sahibkarların və istehlakçıların hüquqlarının möhkəmləndirilməsi sahəsində səyləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfində əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin hazırlanmasını, “Sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi qaydasının” təsdiq edilməsini, Ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsinin təsdiq edilməsini, “İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikası Qanununun qəbul olunması və tətbiqinə başlanmasını,  Uşaq Hüquqları Klinikasının yaradılmasını,  Penitensisar sistemə ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsini irəliləyişlər kimi qeyd edilib.

Ombudsman Aparatının nümayəndəsi cənab Müqalib Mahmudov milli fəaliyyət planı haqqında ümumi məlumatı iştirakçılara təqdim etdi. MFPnın icrası ilə bağlı iştirakçılara geniş məlumat verərək əldə olunmuş nailiyyətlər haqqında danışdı. 

Ekspert Zaur İbrahimli bildirdi ki, yaxın müddətdə mediada geniş məlumat veriləcək.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024