Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (30-11-2015, 21:15)
Nazirlik qanunsuz balıq tutanların torlarını müsadirə edib yandırıb

b0e03fec-1f1b-4c8b-9be2-b76c73a9fc4b_292

 

Son günlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qanunsuz quş və balıq ovu ilə əlaqədar daxil olan siqnalların, eyni zamanda həvəskar ovçuların etdiyi şikayətlərin yerində araşdırılması məqsədilə keçirilən reydlər zamanı ölkə ərazisində bir sıra qanunsuz ov hallarına rast gəlinib. 

Mediatv.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, qanunsuz balıq ovu ilə əlaqədar həvəskar balıq ovçuları ilə birgə keçirilən reydlər zamanı ölkənin qapalı və açıq su hövzələrində, o cümlədən Mil-Muğan kollektorunda, Şirvan kanalında qanunsuz qurulmuş xeyli tor, balıq tutmaq üçün digər qanunsuz vasitələr aşkar edilib və götürülərək yandırılıb: “Eyni zamanda sosial şəbəkədə ovçu və balıqçı klubu adı altında quş və balıq ovu ilə bağlı turların təşkil olunduğu barədə elanlar yayılır, müvafiq razılığı və qanuni icazəsi olmayan turlar təşkil edilir. Təəssüf ki, sadəlövh vətəndaşlar da belə aldadıcı xəbərlərə inanır, onların təsiri altına düşərək qanunsuz ov fəaliyyətinə sövq edilir və əslində vicdanlı vətəndaş brokonyerlik fəaliyyəti ilə məşğul olmuş olur. Belə “ovçu klub”larının toruna düşən vətəndaşların müraciəti əsasında yaradılan komissiya respublika ərazisində reydlərə başlayıb. Müxtəlif sosial şəbəkələrdə ovçu turlarının təşkili ilə bağlı 051-702-00-60 nömrəli telefon nömrəsi ilə əlaqə saxlanılması barədə elan yerləşdirilib və vətəndaşın müraciəti əsasında nazirlik araşdırma aparıb”.
Nazirlikdən bildirilib ki, araşdırma zamanı Şabran rayonu Ağzıbir Ovçuluq Təsərrüfatının ərazisində “Ovçu klubu”nun dəvəti və təşkilatçılığı ilə fəaliyyət göstərən 12 nəfərin ov etdiyi müəyyən edilib və həmin şəxslərin heç birinin ova icazə sənədinin olmadığı aşkar olunub: “Qanunsuz ov faktı ilə bağlı Şabran rayon sakinləri Valeh Musayev, Bəxtiyar Müzəffərov, Mürsəl İsayev, Bakı şəhər sakinləri Heydər Bünyatov, Zəfər Həsənov, Elman Tağıyev və Şəki rayon sakini Şirin Şərifov barəsində protokol tərtib edilib, şəxsiyyətlərinin müəyyənləşdirilməsi mümkün olmayan 2 nəfərdən 2 ədəd sənədsiz ov tüfəngi götürülərək aktlaşdırılıb, 3 nəfər şəxs isə nəqliyyat vasitəsinə minib itaətsizlik göstərərək ərazini tərk edib. Onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi və barələrində tədbir görülməsi üçün aidiyyəti üzrə polis idarəsinə müraciət olunub. Qanun pozucularına qarşı ümumilikdə 7000 manat məbləğində cərimə tətbiq edilib”.
Bundan başqa, Ağzıbir Ovçuluq Təsərrüfatının əməkdaşlarının məsuliyyətinin müəyyən edilməsi ilə bağlı Nazirlik xidməti araşdırma aparır: “Bildiririk ki, bu mövsümdə quş ovuna rəsmi icazə verilib və ovçuluqla məşğul olmaq istəyənlər ovçuluq təsərrüfatlarının ərazisində qanuni şəkildə ova icazə sənədi almaqla ov edə bilərlər”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşlara müraciət edərək onları quş və balıq ovu ilə bağlı şübhəli turlar təşkil edənlərin yalançı vədlərinə inanmamağa və bu işdə məsuliyyətli olmağa çağırır, eyni zamanda belə hallarla rastlaşdıqda dərhal nazirliyin 168 saylı qaynar xəttinə məlumat vermələrini xahiş edir. Nazirlik ov fəaliyyəti ilə məşğul olmaq istəyənlərə qanuni fəaliyyət göstərən təşkilatlara və ya ETSN-nin yerli ekologiya və təbii sərvətlər şöbələrinə müraciət etməyi tövsiyə edir.
Ölkədə qanunsuz ov faktlarının müəyyən edilməsi ilə bağlı reydlər davam etdirilir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024