Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (3-11-2014, 20:53)
Ekologiya Nazirliyi polis şöbələrinə müraciət etdi

Ekologiya Nazirliyi polis şöbələrinə müraciət etdi

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) qanunsuz ovla məşğul olanlara qarşı tədbir görülməsi üçün rayon polis şöbələrinə müraciət edib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 1-2-də ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə növbəti reydlər keçirilib.
Noyabrın 1-də Göyçay rayonunun Alpout kəndi ərazisində Göyçay rayonu Qarabaqqal kənd sakini Əlövsət Həsənov, Kürdəmir rayonu Təklə kəndi ərazisində Kürdəmir şəhər sakini Asim Səlimov, Abşeron rayonu Məmmədli kəndi ərazisində Bakı şəhər sakini Ceyhun Ağayev və Xaçmaz şəhər sakini Xəlil Xəlilov, Qırmızıkənd Ovçuluq Təsərrüfatının ərazisində Cəlilabad rayonu Uzuntəpə kənd sakinləri İntiqam Nəsirov və Azər Sadiqov ov edərkən saxlanılıblar. Qanunsuz ov edən bu şəxslərdən 6 ədəd ov tüfəngi və 52 ədəd patron götürülüb. İnzibati xətaya yol vermiş qanun pozucuları barəsində müvafiq qaydada akt və protokollar tərtib edilib, hər biri 1000 manat məbləğində cərimə olunub.
Noyabrın 2-də Qax Dövlət Təbiət Yasaqlığının ərazisində isə Şəki rayonu Kiçik Dəhnə kənd sakini Sahib Məmmədrəhimov saxlanıb, ondan 1 ədəd ov tüfəngi götürülüb. Faktla bağlı müvafiq qaydada akt və protokol tərtib edilərək qanun pozucusuna 1000 manat məbləğində cərimə yazılıb. Eyni zamanda, həmin gün Saatlı rayonu Şirinbəy kəndi ərazisində içərisində 4 nəfərin olduğu "10 VC 767" dövlət nömrə nişanlı “Toyota Prado” markalı avtomobil saxlanılıb. Avtomobilə baxış zamanı 3 ədəd ov tüfəngi və 1 ədəd ovlanmış cüllüt quşu aşkar edilib. Lakin həmin şəxslər şəxsiyyətlərini təsdiq edən sənədləri təqdim etməyib və tüfənglərin götürülməsinə mane olmaqla ETSN-in əməkdaşlarına müqavimət göstəriblər. 
Bundan başqa, reydlər zamanı İsmayıllı rayonunun Şəbiyan kəndi ərazisində də 2 nəfər naməlum şəxs saxlanılıb. Müqavimət göstərmələrinə baxmayaraq, onlardan 2 ədəd ov tüfəngini və 4 ədəd patronu götürmək mümkün olub. Hər 2 fakt üzrə akt tərtib edilib, təqsirkarların şəxsiyyətlərinin müəyyənləşdirilməsi və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün aidiyyəti rayon polis şöbələrinə müraciət olunub.
Qeyd edək ki, ETSN-in müvafiq qurumlarının əməkdaşlarının brakonyerlərin cəzalandırılması istiqamətində həyata keçirdiyi mütəmadi reydlər zamanı brakonyerlər tərəfindən ciddi müqavimət göstərilməsi, şəxsiyyəti təsdiq edən sənədlərin verilməsindən boyun qaçırılması, hətta odlu silahla hədələmə faktlarına tez-tez rast gəlinir və bu da bəzən belə qanun pozucularının cəzalandırılmasında çətinliklər yaradır. Bununla belə, hüquq-mühafizə orqanlarına edilən operativ müraciətlər sayəsində brakonyerliklə mübarizədə effektli nəticələr əldə olunur.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024