Cəmiyyət (20-08-2015, 10:45)
Bakı İstanbulla Tehranı geridə qoydu
Bakı dünyanın təhlükəsiz şəhərlərdən biridir.
Anspress Economist Intelligence Unit (EIU) təşkilatına istinadən xəbər verir ki, reytinqə əsasən, Azərbaycanın paytaxtı 100 baldan mümkün olan 62,3 bal yığıb. Bu isə dünya şəhərləri arasında 103-cü yer təşkil edir. Sabitlik və təhlükəsizlik üzrə Bakı 65 bal alıb, səhiyyə - 66,7 bal, ekologiya və mədəniyyət üzrə - 60,6 bal, təhsil səviyyəsi - 75 bal, infrastruktur üzrə isə 50 bal.
Bakı İstanbulu (113-cü yer, 57,8 bal), Tehranı (130-cu yer, 47,2 bal) və Kiyevi (132-ci yer, 43,4 bal) qabaqlamağı bacardı. Liderlərin üçlüyinə Melburn (97,5 bal), Vyana (97,4) və Vankuver (97,3) düşüb. Dəməşqlə (29,3) reytinq bitir.
Siyahıya Rusiya şəhərləri də daxil oldular. Sankt-Peterburq 77-ci yeri (74,1 bal) tutub, Moskva şəhəri isə - 81-ci yeri ( 72,8 bal). Qazaxıstanın Almatı şəhəri 100-cü (65,3 bal) yerdə qeydə alınıb.
EIU-nun elektron resursunun səhifələrində qeyd edilir ki, orta hesabla bütün dünyada həyat tərzi 1% enib. Bu isə 2,2% sabitlik və təhlükəsizlik kimi aspektlərinin azalmasını təşkil edir.
"Global Liveability Rankinq 2015" məruzəsi dünya şəhərlərinin həyat üçün yararlığı üzrə reytinq tətbiq edib.