Dünya (1-02-2015, 18:42)
Ən təhlükəsiz şəhər- Tokio
İsveçin paytaxtı Böyük Britaniyanın “The Economist” jurnalının 2015-ci ildə dünya şəhərlərinin təhlükəsizliyi üzrə illik reytinqində dördüncü yeri tutub.
Mediatv.az ın buro247.az-a istinadən verdiyi məlumata görə, təhlükəsizlik indeksi 30 göstərici əsasında hazırlanıb. Bu göstəricilər insan təhlükəsizliyini rəqəmsal sahədə, səhiyyə, infrastruktur və şəxsi təhlükəsizlik sahələrində müəyyən edir. Bu il təhlükəsizliyin səviyyəsi üzrə 50 ölkə arasında Yaponiyanın Tokio şəhəri lider olub. Beşliyə həmçinin Sinqapur (Sinqapur), Osaka (Yaponiya), Stokholm (İsveç) və Amsterdam (Niderland) daxil edilib.
Qeyd edək ki, hesabatın hazırlanmasında beynəlxalq və milli statistika institutlarının, eləcə də ekspert təşkilatlarının məlumatlarından istifadə olunub. Tədqiqatın pilot buraxılışında dünyanın 50 iri şəhərinin müqayisəli təhlili təqdim edilib.