Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Aktual (6-09-2021, 22:12)
Fövqəlnazirin holdinqini daha üç şirkət tərk etdi

 

Təxminən iki həftə əvvəl mətbuatda uzun illər hazırkı Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun şirkəti kimi tanınan “Gilan Holdinq” MMC-yə daxil olan “Gilan Dəri” Məhdud Məsuliyyətli Cəmiyyətinin holdinqdən ayrılaraq, “A.C.E Dəri” MMC kimi fəaliyyət göstərdiyinə dair məlumat yayılmışdı.
AzPolitika.info xəbər verir ki, “Gilan Holdinq”i daha üç iri şirkətin tərk etdiyi məlum olub. Belə ki, üç şirkət eyni gündə “Gilan” brendindən imtina edib. Bununla da 2021-ci il ərzində ümumilikdə beş şirkət “Gilan Holdinq”-dən ayrılaraq, rebrendinq etmiş olub.
Bununla bağlı Banker.az-ın əldə etdiyi məlumata görə, hər üç şirkətin yeni adında “ABA” sözü var. Belə ki, “Gilan Cotton and Grain” MMC bundan sonra “ABA CG” MMC adı ilə, “Gilan Trading” MMC şirkəti “ABA Trading-123” MMC və “Gilan Vineyards” MMC isə “ABA VY” MMC adı ilə bazarda çıxış edəcək.
Məlumat üçün qeyd edək ki, “Gilan Vineyards” MMC “Agro-Azərinvest” şirkətinin törəməsidir. “Agro-Azərinvest” 2004-ci ildə Qəbələ rayonunda təsis edilib. Şirkət Qəbələ, Lənkəran, Göygöl, Samux, Tovuz və Yevlax rayonları ərazisində fransız və gürcü sortlarından olan şərab üzümləri yetişdirməklə şərab istehsal edir.
Maraqlıdır ki, “Gilan”-dan ayrılan hər üç şirkət 2015-ci ilin iyul-avqust aylarında “Gilan Holdinq” MMC ilə eyni ünvanda yaradılmışdı - Bakı şəhəri Yasamal rayonu, Nəriman Nərimanov pr., ev 206, məh.466.
O da məlum olub ki, hər üç şirkətə Qafarova Günel Vilayət qızı rəhbərlik edəcək. Qeyd edək ki, əvvəl bu şirkətlərin hər birinə ayr-ayrı adamlar rəhbərlik edirdi. Adla bərabər şirkətlərin hüquqi ünvanları da dəyişib - Bakı şəhəri Xətai rayonu, Babək pr., ev 8, məhəllə 1130/1133, m. 70.
Törəmə şirkətləri bir-bir “Gilan” brendindən imtina etməsi və başqa adamların adlarına keçirilməsi “Gilan Holdinq”-in bu gedişlə holdinq statusundan çıxa biləcəyini düşünməyə əsas verir.
Onu da qeyd edək ki, “Gilan Holdinq” onun adından imtina edən şirkətlərin satılmasıyla bağlı hər hansısa investorla alqı-satqı müqaviləsinin olub-olmamasına dair sorğulara cavab vermir. Lakin həm hüquqi ünvanın dəyişdirilməsi, həm də “Gilan” brendindən imtina edilməsi onu güman etməyə əsas verir ki, artıq bu müəssisələrin “Gilan Holdinq”-ə aidiyyatı olmayacaq...

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 09 2021 23:12
18 09 2021 21:57
18 09 2021 21:12
18 09 2021 20:45
18 09 2021 20:27
18 09 2021 20:13
18 09 2021 20:01
18 09 2021 19:37
18 09 2021 19:25
18 09 2021 18:42
18 09 2021 18:10
18 09 2021 17:47
18 09 2021 17:25
18 09 2021 17:03
18 09 2021 16:23
18 09 2021 16:11
18 09 2021 15:57
18 09 2021 15:43
18 09 2021 15:28
18 09 2021 15:11
18 09 2021 14:57
18 09 2021 14:46
18 09 2021 14:28
18 09 2021 14:12
18 09 2021 13:47
18 09 2021 13:30
18 09 2021 13:12
18 09 2021 12:50
18 09 2021 12:40
18 09 2021 12:04

{sape_links}{sape_article}