Sosial (Bu gün, 18:18)
NDU tələbələrinə DUSTAQXANA ŞƏRTLƏRİ... - NARAZILIQ VAR
NDU yataqxanasında bir yerin iki nəfərə satılması tələbələrin etirazına səbəb olub. Onlar bildirirlər ki, ilin əvvəlində üç nəfərlik otaqlarda yaşamaq üçün adambaşına 800 manat ödəyiblər.İndi isə universitet rəhbərliyi başqa tələbələrdən də pul alaraq bu otaqların hər birinə əlavə 3 nəfər yerləşdirir.
Tələbələrin “Gündəlik Naxçıvan”a bildirdiklərinə görə, bununla bağlı hazırlıqlara artıq başlanılıb.
Bərdə rayonundan olan tələbə M. Mahmudov deyir ki, otaqlardakı çarpayılar çıxarılır, yerinə iki mərtəbəli çarpayılar yerləşdirilir:
“İlin əvvəlində dedilər ki, otaqda üç nəfər qalacaqsınız. Ona görə 800 manat ödəniş etmişik. İndi isə deyirlər ki, hər otaqda altı nəfər qalacaq. İki mərtəbəli çarpayılar gətiriblər, koridorlarda saxlayırlar, quraşdırmağa başlayıblar artıq. Otaqlar onsuz da dardır, altı nəfər necə yerləşəcək, bilmirik.”
Onun sözlərinə görə, yaranmış vəziyyətə etiraz edənlərə çıxmaq istədikləri halda ödənişin geri qaytarılmayacağı deyilir:
“Belə dar şəraitdə dərs oxumaq nədir, heç nəfəs almaq mümkün olmayacaq. Ona görə də pulumuzu alıb kirayəyə çıxmaq istədik. Lakin bildirirlər ki, pulu qaytarmayacaqlar. Biz üç nəfərlik otaq şərti ilə ödəniş etmişik. İndi isə şərtlər dəyişdirilib.”
Bakıdan olan digər tələbə N.B. isə şikayət etməkdən qorxduqlarını bildirir:
“Belə getsə, otaqlarda hərəkət etməyə yer qalmayacaq. Bütün yataqxana sakinləri narazıdır, amma çoxu şikayət etməkdən çəkinir.
Yoldaşlarımıza deyirik ki, gedək şikayət edək, qorxurlar. Deyirlər ki, sonra imtahanlarda problem yaradarlar. Ona görə çoxu səssiz qalır. Birinci kurs tələbəsiyik, təcrübəmiz yoxdur.”
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026


























