Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

--- (Dünən, 18:10)
Şəhid ailələri və qazilər diqqət mərkəzində – Suraxanı rəhbərliyinin sosial prioritetləri

 
Adil Əliyev — Azərbaycanın ictimai-siyasi həyatında həm idman, həm də dövlət idarəçiliyi sahəsində iz qoymuş simalardandır. 25 sentyabr 1969-cu ildə Naxçıvan MR-in Şərur rayonunun Maxta kəndində anadan olan Adil Əliyev uzun illər ərzində müxtəlif məsul vəzifələrdə fəaliyyət göstərib.
2005–2024-cü illərdə Milli Məclisin III, IV, V və VI çağırış deputatı kimi qanunvericilik təşəbbüslərində iştirak edən Adil Əliyev 2020–2024-cü illərdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini vəzifəsini icra edib. 
2024-cü ildən etibarən isə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı kimi paytaxtın mühüm rayonlarından birinə rəhbərlik edir. Paralel olaraq, 2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti kimi ölkədə bu idman növünün inkişafına töhfə verir. Adil Əliyevin fəaliyyətində xüsusi yer tutan məqamlardan biri onun dövlət tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunmasıdır. O, 2005-ci ildə öz həyatınə təhlükə altına ataraq çox böyük səs-küy yarada biləcək terror hadisəsinin qarşısını alıb.Bu hadisə nəticəsində mümkün faciənin önlənməsi onun xidmətlərinin dövlət səviyyəsində yüksək qiymətləndirilməsinə səbəb olub.
Dövlət mükafatları sırasında “İgidliyə görə” medalının xüsusi çəkisi var. Bu təltif yalnız real təhlükə şəraitində göstərilən şəxsi cəsarət və qətiyyətə görə təqdim olunur. Adil Əliyevin bu mükafata layiq görülməsi onun yalnız inzibati və siyasi fəaliyyətində deyil, həm də fövqəladə situasiyalarda nümayiş etdirdiyi mövqe və məsuliyyət hissində öz əksini tapır. İctimai-siyasi fəaliyyəti ilə yanaşı, idman cameəsində də nüfuz qazanan Adil Əliyev müxtəlif beynəlxalq turnirlərdə Azərbaycan kikboksçularının uğurlarında pay sahibi olan təşkilatçılardan biri kimi tanınır. Onun rəhbərliyi dövründə federasiya beynəlxalq arenada daha fəal təmsil olunmağa başlayıb.
 Adil Əliyevin fəaliyyəti həm dövlət idarəçiliyi, həm parlament təcrübəsi, həm də idman sahəsindəki fəaliyyəti ilə çoxşaxəli xarakter daşıyır. “İgidliyə görə” medalı isə onun bioqrafiyasında xüsusi yer tutan və ictimai yaddaşda cəsarət nümunəsi kimi qalan mühüm hadisənin rəmzidir.

  Adil Əliyev İcra başçısı kimi

Adil Əliyev 2024-cü ildən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı kimi fəaliyyət göstərir və bu vəzifə çərçivəsində sosial həssas qruplarla, xüsusilə şəhid ailələri və qazilərlə iş prioritet istiqamətlərdən biri hesab olunur.İcra başçısının əsas vəzifələrindən biri rayon ərazisində yaşayan şəhid ailələrinin və müharibə iştirakçılarının sosial problemlərinin operativ şəkildə araşdırılması və aidiyyəti qurumlar qarşısında qaldırılmasıdır.Adil Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı kimi fəaliyyətində vətəndaş amilini əsas prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Cənab Prezident tərəfindən yerli icra hakimiyyəti orqanlarına verilən tapşırıqlara uyğun olaraq, rayon rəhbərliyi tərəfindən hər həftənin müəyyən olunmuş günlərində sakinlərlə açıq qəbul və səyyar görüşlər təşkil olunur.Bu görüşlər formal xarakter daşımır. Sakinlər fərdi və kollektiv müraciətlərini birbaşa icra başçısına çatdırmaq imkanı əldə edir, qaldırılan məsələlər yerində araşdırılır və aidiyyəti qurumların iştirakı ilə operativ həll mexanizmləri müəyyənləşdirilir.Çox təssüflər olsun ki,onun gördüyü müsbət işləri gözü götürməyən,Adil Əliyevin uğurlarını həzm edə bilməyən qeyri-konstruktiv qüvvələrə xidmət edən bəzi kütləvi informasiya vasitələri onun barəsində hədyan informasiyalar yaymağa çalışırlar.Dövlətçiliyə bunca sadiq adamı az qala mühakimə edən belə üzdəniraq media mənsubları ya bilmirlər, ya da bilərəkdən unudurlar ki, ağ qara ləkə götürmür, müdrik Azərbaycan xalqının gözü tərəzidir, pisi yaxşıdan seçməyi bacarır. 

 Xüsusilə şəhid ailələri, qazilər, aztəminatlı ailələr və digər sosial həssas qrupların müraciətləri Adil Əliyev tərəfindən prioritet qaydada nəzarətə götürülür. Qəbulda qaldırılan mənzil və kommunal məsələlər,infrastruktur və abadlıq problemləri,sosial təminat və məşğulluq məsələlərinin hər biri  üzrə konkret tapşırıqlar verilir, icra müddətləri müəyyən olunur və nəticələr barədə vətəndaşlara məlumat təqdim edilir. Bu yanaşma vətəndaş–məmur münasibətlərində birbaşa dialoq mühitinin formalaşmasına xidmət edir və yerli idarəetmədə şəffaflığın artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Müntəzəm qəbul günlərinin keçirilməsi həm sosial problemlərin operativ həllinə, həm də dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsinə yönəlmiş idarəçilik modelinin tərkib hissəsi kimi qiymətləndirilə bilər.Adil Əliyevin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi onu tanıyanlar tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb.O, dünən də çalışdığı sahədə qərəzsiz, təmənnasız, lakin tələbkar münasibətlərə söykənən bir stillə işləyib,tapşırılan vəzifənin öhdəsindən layiqincə gəlib.
BU GÜNdən başlamaq olar, çünki o, bu gün öz təcrübəsi, bilik və bacarığı, peşəkarlığı ilə Azərbaycan dövlətçiliyinə layiqli xidmətin nümunəsini yaradır, ona çalışdığı sahədə göstərilən etimadı ləyaqətli şəkildə doğruldur. Adil Əliyev ən mühüm özəlliklərindən biri hansı vəzifədə çalışmasından asılı olmayaraq öz işinin öhdəsindən peşəkarcasına və vicdanla gəlməsidir.Rayon rəhbəri olaraq yerlərdən gələn təşəbbüslərə, qaldırılan məsələlərə operativ münasibət göstərmiş, onların həllinə nail olmaqla bərabər, həm də demokratik iş metodlarının bərqərar olmasına şərait yaratmışdır. Hər kəs istənilən an və çəkinmədən öz ürək sözünü rayon rəhbərinə çatdırıb deyə bilir.O hər zaman xeyirxah əməllər, yüksək mədəniyyət və qabiliyyət sahibi kimi tanınmışdır.Adil müəllimi fərqləndirən cəhətlərdən biri də budur ki, öz təmiz adını, nüfuzunu qorumağı bacarır, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır.O müdrikcəsinə bilir ki, həyatda yalnız tutduğun yol əbədidir, amal əbədidir,əməl əbədidir.
Yolu, amalı, əməli düz olanların mükafatını isə Tanrı da, Tarix də, Tale də artıqlaması ilə verir.
 
       Əfqan Bəhluloğlu
Mediatv.az xəbər portalının rəhbəri
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
22 02 2026
22 02 2026