Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (Bu gün, 19:10)
 Sertifikasiyadan kəsilən müəllimlərə qarşı DƏLƏDUZLUQ: cinayət işi açıldı

 
Goranboyda sertifikasiya imtahanından kəsilən müəllimlərə qarşı dələduzluq edilib.
Lent.az-ın əldə etdiyi məlumata görə, 47 yaşlı rayon sakini Salman Qəmbərov (ad və soyad şərtidir) xeyli miqdarda dələduzluqda təqsirləndirilir.
İttiham aktına görə, rayon ərazisindəki orta məktəblərdə ayrı-ayrı fənlərdən dərs keçən 3 müəllim Elm və Təhsil Nazirliyinin keçirdiyi sertifikasiya imtahanından kəsiliblər. Lakin onlara daha 1 il də işləyib imtahan vermələri üçün şərait yaradılıb. Bu zaman onlar bəzi şəxslərin vasitəsilə Salmanla tanış olublar. Salman onlara növbəti il keçiriləcək sertifikasiya imtahanından 50-dən yuxarı bal yazılacağına dair vəd verib. Bunun üçün hər birindən 9 min manat olmaqla, ümumilikdə 27 min manat pul alıb.
Beləcə, Salmana arxayın olub imtahana girən 3 müəllimin ikisi 30-dan yuxarı, biri isə 30-dan aşağı bal toplayıblar. Aldandığını başa düşən müəllimlər polisə müraciət ediblər. Nəticədə Salman Qəmbərov saxlanılıb və barəsində cinayət işi başlanıb.
İstintaq zamanı Salman hər üç müəllimə vurduğu ziyanı tam ödəyib. Zərərçəkənlər ondan şikayətçi olmadıqlarını və onun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş ediblər.
Məhkəmənin qərarı ilə Salman Qəmbərov 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.шаблоны для dle 11.2

Xəbər lenti
21 02 2026
21 02 2026
21 02 2026
21 02 2026
21 02 2026
21 02 2026
21 02 2026
21 02 2026
21 02 2026
21 02 2026
21 02 2026
21 02 2026
21 02 2026
21 02 2026
21 02 2026
21 02 2026
21 02 2026
21 02 2026
20 02 2026
20 02 2026
20 02 2026
20 02 2026
20 02 2026
20 02 2026
20 02 2026
20 02 2026
20 02 2026
20 02 2026
20 02 2026
20 02 2026