Siyasət / Slayd (Bu gün, 10:37)
Leyla və Alena Əliyevalar Qubada - Fotolar
Fevralın 24-də Leyla Əliyeva və Alena Əliyeva Quba rayonuna səfər ediblər.
Mediatv.az xəbər verir ki, səfər çərçivəsində Leyla Əliyeva və Alena Əliyeva Quba şəhərində internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər.
Əvvəlcə Quba şəhər ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbinə baş çəkilib. Bildirilib ki, burada 79-u oğlan, 35-i qız olmaqla 114 məktəbli təhsil alır. Leyla Əliyeva və Alena Əliyeva internat məktəbində yaradılan şəraitlə tanış olub, uşaqlarla səmimi söhbət edib, onların məşğələ proseslərini izləyib, fotolar çəkdirib və şagirdlərə məktəbli ləvazimatları təqdim ediblər. Məktəbdə şagirdlər tərəfindən hazırlanan mədəni proqram təqdim olunub, şeirlər səsləndirilib, mahnılar ifa olunub.
Daha sonra Quba STEAM mərkəzi ziyarət olunub. Mərkəzlə tanışlıq zamanı xatırladılıb ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan məktəblərində 2019-cu ildən etibarən STEAM (Science, Technology, Engineering, Art, Mathematics) layihəsinin geniş tətbiqinə başlanılıb. Qeyd olunub ki, STEAM mərkəzi Qubada 2021-ci ildən fəaliyyət göstərir və bütün yaş qrupları üçün nəzərdə tutulub. Leyla Əliyeva və Alena Əliyeva mərkəzdə yaradılan şəraitlə yaxından tanış olub, şagirdlərlə səmimi söhbət aparıb, onların burada əldə etdikləri bilik və bacarıqların praktiki tətbiqi ilə maraqlanıblar.
Sonda uşaqlar və məktəbin kollektivi ilə xatirə şəkilləri çəkdirilib.
***
Ötən gün Leyla Əliyeva Quba rayonuna səfəri çərçivəsində arıçı Zəfər Əzizovu evində ziyarət edib.
Görüş zamanı Leyla Əliyeva arıçı ailəsi ilə səmimi söhbət edib, təsərrüfatın gündəlik fəaliyyəti ilə yaxından maraqlanıb.
Zəfər Əzizov arıçılıq sahəsindəki təcrübəsi və ailəsinin təsərrüfatı olan “Ballı Pətək” brendi haqqında ətraflı məlumat verib. 1997-ci ildən peşəkar arıçılıqla məşğul olmağa 2 arı ailəsi ilə başladığını bildirən Z.Əzizov hazırda onların sayının 200-ü ötdüyünü deyib. Qeyd edib ki, ailə təsərrüfatı 2010-cu ildən “Ballı Pətək” brendi ilə fəaliyyətini genişləndirərək bazara may, meşə və dağ balları təqdim edir.
Z.Əzizov bal və digər arı məhsullarını əldə etmək üçün arı ailələrini Xaçmaz, Şabran, Qusar, Quba və başqa rayonlara apardığını vurğulayıb. Bildirilib ki, illik istehsal gücü 2-3 ton olan təsərrüfatda, həmçinin arı südü, çiçək tozu və güləm kimi faydalı məhsullar əldə edilir. Bununla yanaşı, Z.Əzizov cins ana arı yetişdirməklə də məşğuldur.
Səmimi mühitdə keçən görüşün davamında Leyla Əliyeva ev sahibləri ilə birgə arı mumundan təbii şamların hazırlanmasında yaxından iştirak edib.
Arıçı Zəfər Əzizov və ailəsi Leyla Əliyevaya səmimi ziyarətə və diqqətə görə minnətdarlığını ifadə edib, ona hədiyyə təqdim edib.
***
Ötən gün Leyla Əliyeva və Alena Əliyeva Quba rayonuna səfər çərçivəsində şəhərin əhəmiyyətli tarixi-memarlıq abidələrindən olan Cümə məscidini ziyarət ediblər.
Ziyarət zamanı məscidin imamı Seyran Fərəczadə və məscidin dini icmasının sədri İlqar Bayramov Quba Cümə məscidi barədə ətraflı məlumat verib.
Bildirilib ki, məscid XIX əsrin unikal memarlıq nümunələrindən biri olmaqla bölgənin dini-mədəni həyatında mühüm yer tutur. Məsciddə Quran kursunun fəaliyyət göstərdiyi qeyd olunub. Leyla Əliyeva və Alena Əliyeva həmin otağa da baş çəkiblər.
Sonda Leyla Əliyeva və Alena Əliyevaya “Qurani-Kərim” hədiyyə olunub.
***
Ötən gün Heydər Əliyev Fondunun, “PASHA Holding”in və “PMD Projects”in təşkilatçılığı ilə “Azərxalça” ASC-nin yaradıcı heyəti və usta toxucularının birgə zəhməti nəticəsində Şuşa məscidi üçün hazırlanan növbəti xalçaların kəsim mərasimi “Azərxalça”nın Şabran filialında keçirilib.
Xalçaların kəsim mərasimi Leyla Əliyevanın iştirakı ilə olub. Leyla Əliyeva emalatxananın fəaliyyəti ilə tanış olub, toxucularla söhbət edib, xalçalara son ilmələri atdıqdan sonra Şuşa məscidi üçün hazırlanan xalçaların kəsim mərasimində iştirak edib.
Qeyd edək ki, Şuşa məscidinin ikinci mərtəbəsinin interyeri üçün nəzərdə tutulan xalçalar milli xalçaçılıq ənənələrinə uyğun olaraq xüsusi dizayn əsasında hazırlanıb. Hər birinin eni 12, uzunluğu 19 metr olan iki xalçanın ümumi uzunluğu 38 metrdir. Məscidin qadınların ibadəti üçün nəzərdə tutulan hissəsindən ötrü hazırlanan bu iki xalçanın toxunmasına 2025-ci il yanvarın 21-də başlanılıb. Şabranda toxunan iki xalçanın ərsəyə gəlməsində 50-yə yaxın toxucu qadın iştirak edib, onlar 50 milyona yaxın ilmə atıblar. Xalçalar Azərbaycan xalçaçılıq sənətinin yüksək peşəkarlığını və zəngin bədii irsini özündə əks etdirir. Xalçanın tam şəkildə toxunması üçün xüsusi olaraq yeni və fərqli üslubda iki dəzgah sifariş edilib. Dəzgahlar xaricdən dəvət olunmuş mütəxəssis qrupu tərəfindən məhz “Azərxalça” ASC üçün hazırlanıb.
Xatırladaq ki, Şuşa məscidinin birinci mərtəbəsi üçün hazırlanmış, diametri 22,17 metr olan və ümumdünya xalçaçılıq tarixində analoqu olmayan dairəvi əl xalçasının kəsilməsi mərasimi bu ay Leyla Əliyevanın iştirakı ilə keçirilmişdi. “Qarabağ” xalça qrupuna aid motivlər və “Xətai” ornamentləri əsasında hazırlanan həmin nadir sənət əsərinin toxunma prosesində 150 toxucu xanım iştirak edib, xalçaya təxminən 60 milyon ilmə vurulub.









































Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026


























