Cəmiyyət (Bu gün, 18:25)
Deputatdan AMEA-dakı davaya REAKSİYA - “Son illərin ən absurd qərarıdır”
Deputat Fazil Mustafa Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktorunun cərimələnməsinə münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.
“Anlamadığımız və heyrətlə qarşıladığımız, bəlkə də bir çoxlarına əhəmiyyətsiz görünən bir məsələ var. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru inzibati məsuliyyətə cəlb edilib. Deməli, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli barəsində İnzibati Xətalar Məcəlləsinin 555.1-ci (baş verən bədbəxt hadisə barədə müvafiq qurumu məlumatlandırmaması) maddəsi cərimə protokolu tərtib olunub.
Direktorun cərimələnməsinə səbəb isə işçilər arasında baş verən dava olub. Belə ki, institutun iki qadın əməkdaşı arasında şəxsi münaqişə baş verib. Sonradan münaqişə işçilər tərəfindən öz aralarında həll olunub və heç bir ağır nəticə yaranmayıb. Yəni ölüm, xəsarət, maddi ziyan və sair ortada yoxdur. Həmin davaya görə Nadir Məmmədli İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinib və 1300 manat məbləğində cərimə edilib. Direktor buna etiraz edərək apelliyasiya şikayəti verib. O qeyd edib ki, baş verən münaqişə nəticəsində heç kim sağlamlıq itkisinə məruz qalmayıb, heç bir tibbi yardıma ehtiyac yaranmayıb və hadisə işçilər tərəfindən öz aralarında həll olunub. Nadir müəllim bu olayı “istehsalatda bədbəxt hadisə” kimi təqdim etməyi və onun tərəfindən hadisənin gizlədilməsini tamamilə əsassız iddia hesab edib. Lakin institut direktorunun şikayəti təmin edilməyib”.
Millət vəkili bildirib ki, N.Məmmədlinin bu cür ağlasılmaz şəkildə hüquqi qiymətləndirilməsi acınacaqlıdır:
“İnstitut direktoru ötən ilin oktyabr ayında müstəqillik günü ilə bağlı iclas keçirib, iki xanım işçi iclasdan yayınaraq çölə çıxıb biri-biri ilə “razborka” aparmağa başlayıb. Ola bilsin ki, kiçik bir saçyolma və söyüş partiyası da baş verib, sonra da ayrılıb gəlib öz işlərini davam etdiriblər. Dərhal əmək müfəttişliyi bunu istehsalatda bədbəxt hadisə kimi qiymətləndirib və ayda 1500 manat maaş alan direktor üçün nə az, nə çox – 1300 manat cərimə protokolu tərtib edib.
Professor Nadir Məmmədlini yaxşı tanıyıram, dilimizin saflığının qorunması üçün hər cür fədakarlıq edən, cüzi maddi imkanlarını dəyərli kitabların çapına yönəldən bir ziyalımızdır. Hələ də anlamaq olmur, dilçilik İnstitutu istehsalatdırmı, yaxud da iki qadının bir-biri ilə şəxsi zəmində sözləşməsi və sülh yolu ilə ayrılması bədbəxt hadisədirmi? Son illərin bəlkə də ən absurd qərarı ilə qarşılaşdığımı gizlətmirəm. Bundan sonra Dilçilik İnstitunun Əsasnaməsinə gərək “dil istehsal edən müəssisə” sözləri yazılsın ki, bura da istehsalat kimi tanınsın. Yaxşı ki, hələ emal müəssisəsi kimi qələmə verməyiblər. Dilçilik İnstitutunun adını daşıdığı Nəsiminin dərisini də deyəsən bu cür absurd ittihamla soymuşdular. Burada deyirlər e, tarix təkrarlanır”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026


























