Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (2-11-2021, 12:04)
“Bəzi məktəb direktorları təhsil idarəetmə orqanları ilə əlbir olaraq vakant yerləri gizlədirlər”

“Bəzi məktəb direktorları təhsil idarəetmə orqanları ilə əlbir olaraq vakant yerləri gizlədirlər”
“Vakant yerlərin qarşısının alınmasının yollarından biri də, belə hallara yol verən təhsil işçilərinin ciddi şəkildə cəzalandırılmasıdır. Həmin insanlar düşünməlidilər ki, onların bu neqativ hərəkəti bir neçə gəncin müəllim olmaq arzusuna əngəl törədir”.

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil jurnalisti Niyazi Rəhimov deyib.

Belə ki, MİQ müsabiqəsi başa çatsa da, onunla bağlı müzakirələr hələ də davam edir. Bir çox müəllimlər vakant yerlərin gizlədildiyini iddia edir. Təhsil naziri Emin Əmrullayev də məsələnin həqiqət olduğunu vurğulayıb.

O, məsələ ilə bağlı fikirlərini qeyd edib:

“Artıq bir neçə ildir ki, vakant yerlərin gizlədilməsi vaxtaşırı təhsil ictimaiyyəti tərəfindən gündəmə gəlir. Məsələnin aktuallığını nəzərə alan Təhsil naziri Emin Əmrullayev çıxışlarının birində narahat olduğunu da ifadə edib. Nazirlik vakansiyaların müəyyən edilməsində, bu yerlərin daha da çox olmasında maraqlı tərəfdir. İllərdir ki, şəvvaflığın və obyektivliyin təmin olunması məqsədilə bu istiqamətdə məqsədyönlü işlər aparılır. Lakin buna baxmayaraq bəzi məktəb direktorları təhsil idarəetmə orqanlarının, Ərazi Maliyyə Hesablama İdarələrinin (ƏMHİ) rəhbərləri ilə əlbir olaraq vakant yerlərin gizlədilməsinə nail ola bilirlər. Bu hallara bölgələrdə daha çox rast gəlinir”.

Jurnalist məsələnin nəydən qaynaqlandığına aydınlıq gətirib:

“Düşünürəm ki, məsələdə ƏMHİ-nin üzərinə daha böyük məsuliyyət düşür. İllər öncə bu idarələrin yaradılmasında əsas məqsəd elə bu kimi halların aradan qaldırılması idi. Amma əfsuslar olsun ki, ƏMHİ-nin bəzi rəhbərləri özləri bu məsələlərdə maraqlı tərəfdir. Onu da qeyd edim ki, bu kimi hallarda yerli icra hakimiyyəti orqanları da təhsil şöbələrinə təzyiq edirlər”.

N.Rəhimov problemin həlli üçün bəzi təkliflər edib:

“Məsələnin həlli istiqamətinə gəldikdə isə bu haqda bir çox təkliflər irəli sürmək olar. Amma düşünürəm ki, bununla bağlı insan resursları ilə bağlı mütəxəssislər təhlillər, müzakirələr aparsa, daha optimal olar. Mən təklif edərdim ki, hər məktəb üzrə xüsusi elektron baza yaradılsın. Həmin bazada müəllimlərin doğum tarixindən tutmuş dərs yükü, dioqnostik qiymətləndirmə balı və digər məlumatlar qeyd edilsin. Ən əsası, bu bazaya giriş üçün heç bir məhdudiyyət qoyulmasın. Belə olan təqdirdə müəllim arzusunda olan namizədlər belə vakant yerlərin aşkara çıxarılmasında nazirliyə dəstək olacaq. Bundan başqa müəllimlər üçün bazada anonim şəkildə rəy bildirmək imkanı da yaradılsa daha məqsədəuyğun olar. Zənnimcə, belə bir elektron baza yaradılsa, məktəb rəhbərləri boş qalan vakant yerləri gizlətməyə cəhd etməyəcəklər. Vakant yerlərin qarşısının alınmasının yollarından biri də, belə hallara yol verən təhsil işçilərinin ciddi şəkildə cəzalandırılmasıdır. Həmin insanlar düşünməlidilər ki, onların bu neqativ hərəkəti bir neçə gəncin müəllim olmaq arzusuna əngəl törədir”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024