Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (23-04-2021, 12:28)
Təhsil Strategiyasının “quyu”ya düşən FƏALİYYƏT PLANI

Təhsil Strategiyasının “quyu”ya düşən FƏALİYYƏT PLANI:
“Hələ də əksər şagirdlərin kompüterinin olmaması və internet çıxışına məhdudiyyəti onların distant tədrisə qoşulmasına mane olur”.

Yenicag.az xəbər verir ki, bunu ölkəmizin distant tədrisə hazırlıq səviyyəsini dəyərləndirən Avrasiya Fondunun Qafqaz Tədqiqat Resurs Mərkəzinin proqram direktoru Murad Nəsibbəyli deyib.

Murad Nəsibbəyli qeyd edib ki, pandemiya kasıb, imkansız, ucqar və ya şəhərdə yaşayan bəzi ailələrdə olan məktəblilərin təhsilinə ikiqat zərbə vurub:

“Övladının təhsili üçün çox qısa müddətdə kompüter almağa və onu internetlə təmin etməyə imkanı çatmayan ailələrin sayının çox olmasına heç kim şübhə etməz. Distant təhsil zamanı şagirdlərə pulsuz internetin verilməməsi, əslində, Konstitusiyanın 42-ci maddəsində əks olunan təhsil hüququnun pozulması deməkdir.

Həmin maddənin II bəndində yazılır ki, Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Yəni dövlət şagirdlərə pulsuz internet vermirsə, bu prinsip pozulmuş sayılır. Həmin maddənin V bəndində isə yazılır ki, Dövlət minimum təhsil standartlarını müəyyən edir. Müəllimlə tələbənin ünsiyyət qura bilməsi təhsilin birinci standartıdır.

Dövlət indiki halda pulsuz internet təmin etmədiyi üçün minimum ünsiyyət standartını müəyyən edə bilmir. Halbuki hər şagirdə bir kompüter verilməsi 2013-cü ildə qəbul edilmiş təhsil strategiyasının və onun 2015-ci ildə qəbul edilmiş fəaliyyət planının tərkib hissəsidir və 2020-ci ilə qədər icra edilməli idi”.

Pandemiyanın tezliklə ortadan qalxacağının gözlənilmədiyini qeyd edən ekspert vurğulayıb ki, ənı az bu ilin sonuna qədər normal həyata qayıda bilməyəcəyik. Ona görə də vaxt itirmədən şagirdlərin kompüter və pulsuz internetlə təmin edilməsi vacibdir:

“Vaksinasiya prosesi hələ ki zəif gedir və vaksin virusun mutasiya olunmuş halının öhdəsindən gəlməyə bilər. Bir çox inkişaf etmiş ölkələr artıq bütün ictimai siyasətlərini buna uyğunlaşdırır. Bəziləri təhsilimizin bərbad vəziyyətdə olduğunu və bunun kompüterlə, internetlə düzələsi olmayacağını bildirir.

Haqlısınız, ancaq kompüterə sahib olmaq və internetə çıxışın olması şagirdə kömək etmiş olar, ona dünyanı açır. Bu baxımdan, Təhsil Nazirliyini hər bir şagirdi kompüter və internetlə təmin etməyə çağırırıq. Bu təminat mütəmadi icra edilməlidir, kompütersiz və internetsiz məktəbli qalmamalıdır”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024