Təhsil (14-06-2020, 13:08)
Attestasiya imtahanlarının nəticələri yaxın 3 həftə ərzində elan ediləcək - DİM
10 və 11 iyun 2020-ci il tarixlərində keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun qiymətləndirilməsi (attestasiyası) imtahanında şagirdlər 12 tapşırıq (ana dili, riyaziyyat və xarici dil fənlərinin hər birindən 4 tapşırıq) üzrə ümumilikdə 253000-dən çox yazı işi yerinə yetiriblər.
Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, hazırda DİM-də bu yazı işlərinin yoxlanılması prosesinə hazırlıq işləri görülür.
Hər iki günün imtahanı üzrə bütün şagirdlərin cavab vərəqləri skan edilərək onların şifrələnmiş elektron faylları hazırlanır. Bu zaman şagirdlərin cavab vərəqlərinin elektron təsvirlərindən onların bütün şəxsi məlumatları proqram tərəfindən avtomatik silinir. Bununla paralel olaraq imtahanda təqdim olunmuş yazı işi tapşırıqları üçün ekspertlər tərəfindən ilkin qiymətləndirmə meyarları hazırlanıb. Qarşıdakı 4 gün ərzində qrafikə uyğun olaraq yazı işlərinin elektron təsvirlərinin hər tapşırıq üzrə kəsilib ayrılması, yoxlama prosesi üçün bütün zəruri materialların elektron bazaya daxil edilməsi, şagirdlərin yerinə yetirməkdən imtina etdikləri (boş saxladıqları) işlərin müəyyən edilməsi, kalibrləmə mərhələsi üçün etalon işlərin seçilməsi, qiymətləndirilməsi və ilkin meyarların təkmilləşdirilməsi mərhələləri həyata keçirilərək yoxlama prosesinə hazırlıq mərhələsi yekunlaşdırılacaq.
Bundan sonra yazı işlərinin yoxlanılması prosesi online (məsafədən) keçiriləcək və markerlər bu prosesdə öz evlərindən qoşulmaqla iştirak edəcəklər. Hər bir yazı işi proqram tərəfindən təsadüfi seçilmiş ən azı 2 marker (2 markerin verdiyi qiymətlər üst-üstə düşmədiyi halda iş proqram tərəfindən üçüncü markerə göndərilir) tərəfindən qiymətləndiriləcək.
İmtahan nəticələrinin yaxın 3 həftə ərzində elan edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, markerlər yoxlama prosesinə evdən qoşula bilmək (və identifikasiya) üçün aşağıdakı texniki imkanlara malik olmalıdırlar:
PC və ya noutbuk üçün minimal sistem tələbləri:
Prosessor – Pentium 4; buna ekvivalent və ya sonrakı model;
Əməliyyat sistemi – Windows 7, Windows 8.1, Windows 10;
Operativ yaddaş – 2GB RAM;
Veb brauzer – Google Chrome (minimal versiya 70);
Veb kamera tələbləri – İnstalyasiya edilmiş USB veb kamera (Veb kameranın Microsoft‘s WDM və ya VfW (video for windows) uyğunluğu olmalıdır). Kamera linzasının buraxıcılıq qabiliyyəti minimum 1.3 meqapixeldir.
İnternetə qoşulma tələbləri – İnternetə qoşulma DSL, ADSL və ya fiberoptik kanallardan biri üzərindən olmalıdır. Sürət üçün minimal hədd 1Mbit/san-dir.
Yazı işlərinin yoxlanılması prosesinə DİM-də ən azı 1 il markerlik təcrübəsi olanlar, həmçinin bu ilin fevral və mart aylarında sınaq və 9-cu siniflərin buraxılış imtahanlarının yazı işlərinin yoxlanılmasında uğurla iştirak edən markerlər cəlb ediləcək. Həmin yoxlama proseslərinin təftişində və apelyasiya prosesi zamanı yazı işlərinin qiymətləndirilməsində səhvə yol verdiyi aşkarlanmış markerlər həm indiki yoxlama prosesindən, həm də bundan sonra keçiriləcək bütün yoxlama proseslərindən uzaqlaşdırılıblar.
Qeyd edək ki, markerlərin hazırlıq kursunda iştirak edib son dövrlərdə sertifikat əldə etmiş, amma indiyədək real yoxlama prosesində təcrübəsi olmayan yeni markerlər bundan sonra keçiriləcək sınaq imtahanlarına və növbəti ildə 9-cu siniflərin buraxılış imtahanlarına cəlb edilərək təcrübə əldə etdikdən sonra 11-ci siniflərin buraxılış və qəbul imtahanlarının yoxlama prosesinə dəvət ediləcəklər.
Markerlərin nəzərinə çatdırılır ki, şəxsi məlumatlarında, əlaqə vasitələrində və ya əməkhaqqı ödənişi ilə bağlı bank rekvizitlərində dəyişiklik olduğu təqdirdə marker kodu və şəxsiyyət vəsiqələrinin FİN kodu vasitəsilə https://eservices.dim.gov.az/experts/page_login.aspx linkində elektron səhifələrinə daxil olub məlumatlarını mütləq yeniləsinlər.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024