Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (Dünən, 20:33)
Təhsildə “Atamanlıq Sistemi”: Qanun Yox, Himayədarlıq İşləyir

Guya MÜTDA məktəblərə nəzarət edir, qayda-qanun yaradır. Amma reallıq tam başqa cürdür: hansı “atamanlıq” edən direktora baxırsan, arxasında Eşqi Bağırovun adı çıxır. Bu da hamıya bəlli şüarla müşayiət olunur: “Məni bura Eşqi Bağırov qoyub, heç kim çıxara bilməz.”

Bu cür himayədarlıq sistemi təkcə qanunsuzluğa deyil, həm də açıq korrupsiya şəbəkəsinə yol açır. Çünki ən çox rüşvət yığan, ən çox ara qarışdıran, ən çox müəllim və valideynləri incidən də elə həmin “qorunan” direktorlar olur. Onları müdafiə edən isə məhz Bağırovun özü.

Ən acınacaqlısı odur ki, bu sistemdə “səs yazısı” və ya “şikayət” yalnız seçilmiş adamlara qarşı işləyir. Kiçik bir səhvə yol verən, amma himayədarı olmayan müəllim, ya direktor dərhal işdən uzaqlaşdırılır. Amma həqiqi rüşvətxorlar, minlərlə manatlıq maxinasiyaların içində olanlar isə toxunulmaz qalır. Çünki onların arxasında “dayı sistemi” dayanır.

Cəmiyyətə göstərilən isə sadəcə “şou”dur. Çox narazılıq olanda ucqar bölgələrdən 2-3 nəfəri qurban verirlər, işdən çıxarırlar. Amma əsas oyunçular – yəni məktəbi bazara çevirən, dərs saatlarını satan, müəllimləri didişdirən, valideynləri məcbur pul yığmağa sövq edənlər – vəzifədə rahat oturur.

Əslində ortada aydın bir mənzərə var: nəzarət və qayda adı ilə sadəcə maliyyə bölgüsü aparılır. Yəni kim kimə daha çox “hesabat” verir, kim “yuxarıya çatdırır”sa, o da qalır vəzifədə. Bu mexanizm artıq o qədər açıq-aşkardır ki, heç kim gizlətməyə də çalışmır.

Eşqi Bağırovun adı ilə bağlı korrupsiya əməlləri isə artıq təkcə “pıçıltı” deyil, açıq şəkildə danışılır. Çünki faktlar çoxalıb, narazılıqlar artır, amma sistem dəyişmir. Çünki sistemin öz dayaqları korrupsiya üzərində qurulub.

Əgər Təhsil Nazirliyi həqiqətən təmizlənmək istəyirsə, ilk addımı ucqar məktəblərdə müəllimləri qurban verməklə deyil, öz içindəki bu rüşvət və himayədarlıq şəbəkəsini dağıtmaqla atmalıdır. Əks halda bütün bəyanatlar, bütün “qayda-qanun” nağılları sadəcə xalqa yönəlik görüntüdən başqa bir şey olmayacaq.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025