Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (30-08-2022, 08:26)
Göygöldə narazılıq yaradan məmur kimdir?

 



















Prezident İlham Əliyevin apardığı siyasət və həyata keçirdiyi islahatlar nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafında qazanılan uğurlar davamlı xarakter daşıyır. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərin miqyası ilbəil genişlənir.Amma dövlət başçısının bu siyasətinə Göygöl rayonunda zərbə vuran bir məmur peyda olub.Mediatv.az xəbər verir ki, bu haqda Dünyanınsəsi.Az saytına Göygöl rayonu Yeni Qızılca kəndində məskunlaşmış Ağağyev Ələddin Yəhya oğlu tərəfindən göndərilmiş olan videoşikayət də səslənir..
Şikayətçi qeyd edir ki, 2019-cu ildən, 02.08. 2022-ci ilə qədər Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində fəhlə çalışıb.O, birdən birə Birliyin direktoru Səfiyar Ugurluyev cənablarının qəzəbinə tuş gəlib. 13.08.2022-ci il tarixdə Kəlbəcər sakini idarəyə dəvət edilərək bildirilib ki, 2 gün ardıcıl olarq işdə olmadığınızdan sizi işdən azad etmişik.
Kəlbəcər sakini həm də onu bildirir ki, bu idarədə müdiri hər ay onların alın təri ilə işləyib aldıgı nəvacibə də göz tikir.Məzuniyyətə getdinsə ,bayramlar oldusa aylıq əməkhaqqından 40-50 manat civarında kəsilir. Bu deyilən həqiqətəndə belədirsə deməli Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində ciddi qanunsuzluqlar tüğyan edir.Yəqin ki,bu faktları lazımı dövlət qurumları araşdırıb həqiqəti üzə çıxarar.
Qaldı müdirin deməsinə görə fəhlənin 2 gün ardıcıl olarq işə gəlməməsinə görə Səfyar Uğurluyev işçini işdən azad edə bilərmi?
Bu haqda ona Azərbaycan Respublikası Əmək Məcəlləsində işəgötürən və işçi arasındakı münasibətlər qaydalar necə tənzimlənir. Və bu məcəllənin 70-ci maddəsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarını oxumağı tövsiyə edirik.
Sonda Kəlbəcərli köçkün mətbuat vasitəsi ilə ölkə başçısına eləcə də Prezident İlham Əliyevin yeni Sərəncamı ilə Göygöl rayonuna İcra Hakimiyyətinin başçısı təyin edilən Elvin Paşayev cənablarından ona köməkdarlıq etməsini xahiş edir.
Qarşı tərəfin mövqeyini də dərc edə bilərik.

Kəlbəcər sakinin videoşikayətini təqdim edirik:


шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
15 05 2024
15 05 2024
15 05 2024