Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (4-03-2014, 13:09)
“İlqar Məmmədov nə vaxt prezidentliyə namizəd olub?”

 

 

“Orada erməni mənşəli insanların Azərbaycanla bağlı verdiyi hesabat dərc olunub” 

Hakim Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruizov ABŞ Dövlət Departamentinin dünya ölkələrində 2013-cü ildəki İnsan Hüquqlarının vəziyyətinə dair illik hesabatını qərəzli sayıb. “Qafqazinfo”nun məlumatına görə, parlamentin hazırkı iclasında millət vəkili bildirib ki, hesabatda həqiqəti əks etdirməyən fikirlər yer alıb: 
“Diqqətlə oxuduqda görürsən ki, həmin hesabatda 10-15 il əvvəl hesabatda nə yazırdılarsa, olduğu kimi da təkrar ediblər. Hesabatda Azərbaycanın işğal olunmuş bölgləri ilə bağlı cəmi bir neçə cümlə yazılıb o da qərəzli formadadır. Orada qeyd ediblər ki, Azərbaycan yeddi rayonun Ermənistan separatçılarının köməyi ilə işğal altında saxlanılır. Yazmırlar ki, Ermənistan dövləti, onu himayə edənlərin iştirakı ilə Dağlıq Qarabağı işğal edib. Guya oranı Dağlıq Qarabağ seperatçıları işğal edib”.
S. Novruzov bildirib ki, Azərbaycanda insan hüquqlarının durumu ilə bağlı hesabatda yazılanlar tamamilə şər böhtandır: 
“İnsan hüquqları ilə bağlı erməni mənşəli insanların Azərbaycanla bağlı verdiyi hesabat orada dərc olunub. Ermənistanda seçkilərdə namizədin birinə terror etdilər, güllələnmə oldu. Amma hesabatda bunlarla bağlı heç nə olmadı. ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu seçkiyə nə rəy veriblərsə, onun üzərində dayanıblar, onu da siz demisiniz elə yazıblar. Siz öyrətməsəydiniz başqa cür yazacaqdılar. Yazıblar ki, prezidentliyə namizəd İlqar Məmmədov həbsdədir. İlqar Məmmədov nə vaxt prezidentliyə namizəd olub?
Spiker Oqtay Əsədov bildirib ki, S. Novruzovla razıdır: 
“Sevmirlər də bizi. Qoyulan nə qədər məsələ həll edilsə də, yeni məsələlər çıxardırlar ortaya . Amma həyat göstərəcək ki, bu məsələ öz-özünə həll olacaq. Biz bunu zornan həll edə bilməyəcəyik. Hamımız şahidi olacağıq ki, bu məsələlər yavaş- yavaş həllini tapacaq”.
шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024