Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (1-03-2014, 15:20)
“Azərbaycanda korrupsiya da, məmur özbaşınalığı da var” – YAP-çı deputat

 

“Azərbaycanın inkişafını görmək istəməyən müəyyən qüvvələr var. Hansısa ölkədə demokratik dəyərlərin formalaşmasında müəyyən problemlər yarana bilər. Azərbaycan 70 il totalitar bir rejimin tərkibində olub. Əhalinin yarısı hələ o dövrdə təhsil alıb, formalaşıb, həmin dövrün düşüncəsi ilə yaşayırlar. 22 ildir müstəqil dövlətik. Bu müddətdə Azərbaycanın hansısa Avropa ölkəsi kimi demokratik olması mümkün deyil”. 

 

Bunu modern.az-a Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı deyib. O bildirib ki, ölkədə demokratik insititutların formalaşmasında müəyyən problemlər ola bilər: “Bu, bütün ölkələrdə olur. Özlərini “demokratiyanın beşiyi” adlandıranlar əvvəlcə zalımı durdurmalıdırlar. Bir ölkə üçün demokratiyanın zəifliyi eyib deyil, amma bir ölkənin işğalçı kimi tanınması biabırçılıqdır. “Təcavüzkar”, “işğalçı” adlanan ölkələrlə mübarizə aparılmalıdır. Kim güclüdürsə, zəifi zəbt etməməlidir. Bu gün Suriyada Bəşər Əsədin xalqına tutduğu divanın qarşısı alınmalıdır. Amma bunu etmirlər. Bəzən bu məsələlər maraqlara xidmət edir. Həmin dövlətlər Ermənistanın Azərbaycan torpaqlarının işğal etməsinə də laqeyd yanaşırlar.

Ölkəmizi sevməyən qüvvələr belə məlumatlar yayırlar. Azərbaycanı Ukrayna ilə eyniləşdirmək olmaz. Ölkədə irəliyə doğru addımlar atılır. Təbii ki, ölkəmiz ideal deyil, müəyyən problemlər var. Azərbaycanda korrupsiya da, məmur özbaşınalığı da var. Bu, Avropa ölkələrində də mövcuddur. Dəfələrlə prezident İlham Əliyev də bunu qeyd edib. Hazırda korrupsiyaya qarşı mübarizə aparılır. Demokratik insititutların fəaliyyətinin gücləndirilməsi ilə bağlı işlər görülür. Yəni, ölkədə siyasi iradə mövcuddur, əminəm ki, bütün problemlər həll ediləcək”.

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024