Sosial / Slayd / Redaktor seçimi (5-08-2022, 11:21)
Nazirlər Kabinetinin qərarının icra edilməməsi kimlərin maraqlarına uyğundur?
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Düşünürük ki, müsəlman təqviminə görə Məhərrəm ayının bu fəzilətli günlərində bu mövzuya toxunmağımız heç də artıq olmaz. Bildiyimiz kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə “Qəbiristanlıqların salınması və idarə olunması qaydaları” təsdiqlənib.
Mediatv.az-ın məlumatına görə Azərbaycan Konstitusiyasının, Mülki Məcəlləsinin və Şəhərsalma və Tikinti Məcəlləsinin, “Bələdiyyələrin statusu haqqında”, “Dini etiqad azadlığı haqqında” qanunun və başqa normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla hazırlanmış Qaydalara əsasən, qəbiristanlıqların idarə olunması bələdiyyələrə həvalə edilir. Yeni qəbiristanlığın salınması barədə qərarlar da bələdiyyə tərəfindən qəbul edilir. Bələdiyyələr həmçinin qəbristanlığın ərazi planlaşdırılmasının sifarişçisi qismində bələdiyyə çıxış edir.
Ancaq çox maraqlıdır ki, paytaxtda bir sıra böyük qəbristanlıqların (Sabunçuda “Birinci Zabrat” qəbiristanlığı, Yasamalda "Qurd qapısı" qəbiristanlığı,Buzovna qəbirasatlığı və s.) idarə olunması yerli bələdiyyələrin ixtiyarına verilməyib, əvvəlki kimi Bakı Şəhəri İcra Hakimiyyətinin tabeçiliyində olan Vətəndaşlıq Xidməti Trestinin sərəncamında qalıb. Sual olunur: Niyə?
Mediatv.az xəbər verir ki, bu sualı ilk növbədə məlum qərarın müəllifi olan Nazirlər Kabineti, qəbiristanlıqların müvafiq bələdiyyələrə təhvil verilməsini təmin etmək tapşırığı almış yerli icra hakimiyyəti orqanları cavablandırmalıdır. Lakin bizim də öz təxminlərimiz var. Onları sadlayırıq:
1. Qaydaya görə, qəbir yerləri pulsuz ayrılmalıdır.Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin təcrübəsində pulsuz qəbir yerinin yalnız Şəhidlər Xiyabanında, Fəxri Xiyabanda ayrılması mümkündür. Həmçinin. şəhidlər üçün başqa qəbiristanlıqlarda da istisna olunur. O ki qaldı, başqa vətəndaşlara münasibətdə bütün ölü yiyələrindən pul alınır.
2. Qaydalara görə, qəbristanlıqlarda qəbir yerlərinin əvvəlcədən rezervasiya edilməsinə icazə verilmir. Amma qonşu qəbir yerinin əvvəlcədən rezervasiyasına yalnız dəfn edilmiş şəxsin ərinin (arvadının) yazılı müraciəti əsasında yol verilir. Lakin Trestin nəzdində olan qəbiristanlıqlarda az qala bütöv nəsil üçün “bron” edilmiş yerlərə rast gəlinir. Bu imkan da vətəndaşlara təbii ki, təmənnasız yaradılmır.
3. Qaydaya əsasən, dəfn üçün hər bir qəbir üzrə 5 kvadratmetr sahə ayrılmalıdır. Əli cibində olan şəxs Trest rəhbərliyi ilə anlaşıb mərhum yaxınının qəbri üçün daha geniş sahə götürə bilər.
4. Qəbirüstü tikililər, başdaşlarının ölçüləri barədə də müəyyən normalar qəbul olunub. Qəbiristanlıq müdiriyyətinin həmin normalardan hər hansı bir kənarlaşmaya göz yumması, istisna etməsi havayı deyildir.
5. Qaydalara əsasən, kimsəsiz şəxslərin, qanunsuz miqrantların dəfn edilməsi xərcləri bələdiyyələr tərəfindən həyata keçirilməlidir. Trestin idarəçiliyində olan qəbiristanlıqlarda isə kimsəsiz şəxsin dəfn olunmasını təsəvvür etmək belə mümkün deyildir. Çünki kimsəsiz həm də pulsuz deməkdir.
6.Qəbiastanlıqda müəyyən yerlər.qəbr yerləri üçün hazırlanıb baha qiymətə satılır və bu da rəhbərlik üçün qazanc mənbəyidir.
Buyursunlar, bizim arqumentlərlə razılaşmayanlar öz fikirlərini bildirsinlər.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024