Sosial (17-06-2022, 13:02)
“Azərbaycanda elmə ayrılan 180 milyondan cəmi 28 milyonu icra edilib”
“Bizdən soruşurlar ki, nə üçün müasir silahları İsraildən alırıq. Ona görə ki, İsrail bizdən fərqli olaraq, elmə 20 dəfə daha çox pul ayırır”.
Mediatv.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib. O bildirib ki, elmə kifayət qədər vəsait ayırmaq lazımdır.
Deputat xatırladıb ki, ötən il Azərbaycanda ÜDM-in cəmi 0,2 faizi elmə ayrılıb: “Yaponiyada bu göstərici 3,2, İsraildə 4,94, Fransada 2,19, Almaniyada 3,3 faizdir. Pul ayırmadan elmi inkişaf etdirmək mümkün deyil. Azərbaycanın 2021-ci ilin dövlət büdcəsində ən çox icra olunmayan xərclərdən biri elmə ayrılan vəsaitlə bağlıdır. Ayrılan vəsait cəmi 15,6 faiz icra olunub. Elmə 180 milyon vəsait ayrılıb. Onun da 28 milyonu icra edilib”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025


























