Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (16-06-2022, 10:12)
Xaçmazda sakinləri düşünən yoxdur... - GİLEY

 “9 kilometrlik yolun əlində qalmışıq. Qonşu kəndlər olan Qımılqışlağın, Uzunobanın yolları dəfələrlə təmir olunub, bizə çatanda deyirlər, pul yoxdur”. DİA.AZ xəbər verir ki, bunu Xaçmazın Çaykənarı (keçmiş Alekseyevka) kəndinin sakinləri deyir. Onların sözlərinə görə, 30 ildən çoxdur ki, yolların təmiri üçün aidiyyəti üzrə qurumlara müraciət etsələr də, nəticəsi olmayıb.

Kənd sakini Zahirə Abbasova: “Kəndin 2 mindən çox əhalisi var. 2 min nəfər hazırda yolsuzluqdan əziyyət çəkir. 9 kilometrlik yolu təmir etmək hökumət üçün çətin iş deyil, ancaq o yolu gedib-gəlmək bizim üçün məşəqqətdir. Şimal rayonudur, tez-tez yağış yağır, uşaqlar məktəbə gedib-gələndə su ilə dolu çuxurlara düşür, əl-ayaqları qırılır”.

Deyir, kəndin yolları sakinləri qonaq yanında da üzü qara edir: “Kənardan adam gəlmək istəmir bu kəndə… Qonaq gəlir, maşını yollarda çala-çuxura düşüb qırılır, gələn qonağın yanında pərt vəziyyətdə qalırsan… Əvvəllər ictimai nəqliyyat işləyirdi, indi o da yoxdur. Təcili yardım əsas yola kimi gəlir, ordan zəng vurub deyir, gəlin məni götürün. Təcili yardım maşınını kəndin içərisinə sürmürlər”.

Yağışlı günlərdə əziyyət birə beş artır. Belə havalarda sakinlər su ilə dolu çuxurlara düşməmək üçün kilometrlərlə yolu uzatmalı olurlar, Qubadan dolanıb keçməklə Çaykənarıya – evlərinə gəlib çatırlar.

Elsevər Qurbanov: “Kəndin yolları sonuncu dəfə 40 il əvvəl təmir olunub. Sonralar vaxtaşırı özümüz çınqıl, daş alıb tökməklə, necə deyərlər, yolları “yola vermişik”. Ancaq belə olmur, bu yollar əsaslı təmir olunmalıdır. Cəmi 9 kilometrdir. Qonşu kəndlərin yollarına üst-üstə asfalt döşəməyə pul tapılır, bizim kəndə çatanda deyirlər, pul yoxdur. Çünki o kəndlərdə bir az imkanlı, əli hər yerə çatan adamlar var, bizdə o adamlardan yoxdur”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
15 05 2024
15 05 2024
15 05 2024