Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (9-06-2022, 17:07)
Əli Həsənovun şirkətindən şəhid ailəsinə HÖRMƏTSİZLİK

 Kaspi Təhsil Şirkəti ilə şəhid kapitan Elçin İsmayılovun ailəsi arasında qalmaqal yaşanıb. Şəhidin yoldaşı Kaspi Təhsil Şirkətinin Bakıxanov filialına yaxınlaşaraq, şəhid ailəsi olduğunu, ailənin gəlir yeri olmadığını bildirərək təhsil haqqında oğluna güzəşt edilməsini istəyib.

Şirkətdən isə şəhidin yoldaşına heç bir güzəşt edə bilməyəcəkləri bildirilib və oğlundan təhsil haqqı tələb edilib.

Qeyd edək ki, şəhidin böyük oğlunun təhsil haqqını YAŞAT Fondu qarşılayır.

Məsələ sosial şəbəkələrdə ictimailəşəndən sonra durum gərginləşib. Kaspi Təhsil Şirkətindən şəhidin yoldaşına zəng edilərək, məsələnin ictimailəşməsinə etiraz edilib. Həmçinin pulsuz təhsil verə bilməyəcəkləri dönə-dönə vurğulanıb.

Şəhid ailəsinə olan münasibət ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub və sözügedən təhsil mərkəzinin rəhbərliyi sərt şəkildə qınanılıb.

Qeyd edək ki, Kaspi Təhsil Şirkəti Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənovun həyat yoldaşı, Milli Teleradio Şurasının üzvü Sona Vəliyevanındır. 
//bizim.media//шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025