Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (7-06-2022, 12:43)
Aksiyadan sonra nazirliyə dəvət olunan qazi DANIŞDI

 Xəbər verdiyimiz kimi, bir neçə gün öncə bir qrup qazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz aksiyası keçirərək, qurumun qapısını sındırdılar.

Qazilərin sözügedən davranışları ictimaiyyətin bəzi nümayəndələri və nazirlik tərəfindən təxribat kimi dəyərləndirildi.

Bunun ardından ötən gün nazirliyə dəvət edilmiş qazilərin fotoları sosial şəbəkə izləyiciləri tərəfindən tənqid atəşinə tutuldu. İzləyicilər bunu nazirliyin saxtakar addımı, qaziləri bir- biri ilə üz- üzə qoyması kimi qiymətləndirdilər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi saytında dərc etdiyi xəbərdə quruma gələn bir qrup Vətən müharibəsi qazisinin ölkədə şəhid ailələri və qazilərin sosial müdafiəsi sahəsində aparılan işlərdən razılıqlarını bildirdiklərini, minnətdarlıq ifadə etdiklərini yazıb. "Mediatv.az" xəbər verir ki, cebhe.info nazirliyə dəvət olunan qazilərin arasında olan İkinci Vətən müharibəsi iştirakçısı, əsirlikdən qayıdan Mobil Əhmədzadə ilə həmsöhbət olub, onun bu barədə fikirlərini öyrənib. Qazi ötən gün neçə nəfərin qazilərlə bağlı ona zəng vurduğunu dedi:

"Orda kiminsə mənafeyi pislənmədi. Orda olan qazilər arasında əlillik almayanlar də vardı. Şəhid ailələri üçün planlar müzakirə olundu".

Mobil Əhmədzadə nazirliyin əlilliyin təyin edilməsi üçün xəstəliklərin sayının artırılması ilə bağlı qazilərə söz verdiyini bildirdi:

"Nazirlik söz verdi ki, iyul ayının 1- də yeni qanun çıxacaq və buna əsasən əvvəl məsələn, 5 qrup üzrə xəstəliyə görə əlillik təyin olunurdusa, indi bunun sayı 7 olacaq".

Erməni əsirliyində olmuş qazi yığıncaqda kimisə pisləmədiklərini, bunun qazilərə yaraşmayan hərəkət olduğunu dedi: "Biz də qaziyiksə, belə hərəkət etmərik.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025