Sosial (23-05-2022, 13:43)
Deputatdan məmurlara ittiham: - “İyrənc fəaliyyətlərinə davam edirlər”
“Milli Məclisdə qaldırdığımız məsələlər adı çəkilən və nəzərdə tutulan məmurlar üçün problem yaradır deyə fikrilərimizi qulaqardına vura bilmirlər”.Mediatv.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında millət vəkili Razi Nurullayev məmurların işi ilə bağlı danışarkən deyib.
O, millət vəkilərinin qaldırdıqları məsələlərdə məmurların özünü təmiz çıxarmağa çalışdığını deyib:
“Onlar hər çıxışda səslənən ittihamlarla bağlı lazımi yerlərə çağrılırlar və izahatları alınır. Lakin onlar da izahatlarında özlərini təmizə çıxarmağa çalışırlar. Bəziləri bu iddiaların və ittihamların əsassız olduğunu, bəziləri deputatların şəxsi problemlərinə görə, yaxud qisas məqsədilə bunu etdiklərini söyləyirlər. Amma ümumilikdə isə bu problemlər qaldırılır, medianın gündəminə daşınır nəticələr də olur. Məsələ burasındadır ki, problem kökündən həll olmur. Məmurlar problem, səs-küy olan zaman müəyyən hissəsini həll edirlər. Bir qədər sonra yenə iyrənc fəaliyyətlərini davam etdirirlər. Yaxud problemin müəyyən hissəsini həll edir, digər hissəsini sabaha, biri günə saxlayırlar ki, problem yaddan çıxsın”.
Millət vəkili qeyd edib ki, problemlər qaldırılanda müəyyən nəticələri olur:
“Mənə gələn şikayətlərdən 100 məktubun ən azı 50-si həllini tapır, 20-si nəzərdən keçirilir, qalanları da aidiyyəti üzrə təhlil olunur. Hesab edirəm ki, qaldırılan problemləri həll etmək olur. Bunun üçün davamlı olaraq işin üzərində durmaq və nəticəsi üçün çalışmaq lazımdır. Məmurlar bilməlidirlər ki, insanları incitmək, korrupsiya və rüşvətxorluğa yol vermək olmaz. Xüsusən də büdcə vəsaitləri ilə bağlı məsələlərdə daha dəqiq olmaq lazımdır. Büdcə vəsaitini şəxsi məqsədlər üçün istifadə etmək, insanların haqqı olanı onlara verməmək dözülməz haldır. Buna qarşı barışmaz olaraq mübarizə aparacağıq. Prezident çıxışında bildirib ki, bir iş adamından 1 manat əlavə pul istənilirsə, mütləq şəkildə bunu ictimailəşdirsin. Bu, artıq cəmiyyətə qarşı terrordur. Əgər iş yerlərinin yaradılmasına imkan verilmirsə, bu, birbaşa Prezidentə qarşı atılmış addım, onun apardığı siyasətə vurulan zərbədir. Ölkədə cəmiyyətin qurulmasında kim maraqlıdırsa, bu cür problemləri desin, ictimailəşdirsin və Prezidentə dəstəyini göstərsin”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
























