Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (16-05-2022, 13:22)
Ərazisi icra başçısı tərəfindən satılan 1 saylı bağçanın bugünkü vəziyyəti- FOTOLAR

 

Cəlilabad rayon 1 saylı uşaq bağçası rayonun mərkəzində yerləşir. Biz orada gedəndə qeyri- günü olduğundan körpələri görə bilmədik. Amma əməkdaşların iddiasına görə bağçada 95 körpə var. Vaxtı ilə bağçanın böyük ərazisi olub. İndi geri qalan isə, bir stolun belə güclə sığacağı həyatdır ki, o da istifadə olunmur.

Amma  bağçanın torpağı şəxsi mülk kimi satılıb. Bu barədə bizə Cəlilabad sakinləri və bağçada çalışan əməkdas məlumat verdi.İndi bağça ancaq bina şəraitində fəaliyyət göstərir. Əminik ki, təmir üçün yetəri qədər pul ayrılıb. Amma bağça üçün o məbləğdən bir manat belə xərclənməyib. Köhnə bina ancaq müdiriyyət və işçilərin yaratdığı səliqə sayman sayəsində ayaqda qalır.


Vicdanla danışsaq, belə təmirsiz otaqlarda bu cür səliqə -sahman,təmizlik yaratmaq əsl sevgi, məsuliyyət və vicdandan xəbər verir. Bağçadakı bütün otaqlarda olduq. Köhnə çarpayılar tərtəmiz, səliqə ilə yığılmışdı. Körpələrin məşğuliyyət otaqlarında gül,gulü çağırırdı. Bizim üçün həmişə ən maraqlı yer bağçaların mətbəxi olub. Bunu tam əminliklə demək olar ki, mərkəzdə yerləşən bir çox bağçaların mətbəxindən qat-qat təmiz, səliqəli idi. Şənbə günü olduğu üçün körpələrin qidası ilə tanış ola bilmədik.

Amma təsərrüfat müdirinin bizə göstərdiyi fotolar və siyahıda olanlar həqiqətən də körpələrə verilirsə, demək ki, hər şey əladır. Otaqlarda koridorlarda yerə sərilmiş xalqlardan belə bilinirdi ki, bura şəxsi hesabla ayaqda tutulur.


Bağçanın musiqi zalı rəngarəngliyi ilə ruhu oxşayır.
Girişdə İkinci Qarabağ müharibəsi zamanı canlarını vətənin bütövlüyü uğrunda fəda etmiş şəhidlərimizin fotoları əks olunan guşə var. Bu körpələrdə vətənpərvərlik ruhunun aşılanması üçün ən gözəl təbliğatdır.
Uşaq bağçasında körpələrin ən çox vaxt keçirdiyi otaqların birində din xadiminin fotosunun vurulması diqqətimizi çəkdi. Tanımadığımız üçün soruşduq. Həmin şəxsin Mirməhəmməd ağa olduğu, Cəlilabad üçün böyük işlər gördüyü bildirildi.


Azərbaycan Respublikası Konstitusiyasına görə din dövlətdən ayrıdır. Tərbiyə və dünya görüşünün, baxışların formalaşması tərbiyə müəssisələrində başlayır. Bu yaş dövründə körpələrin beyni ağ vərəq kimi olur. Yazılan həkk olunur. Belə təbliğatı düzgün hesab etmədiyimiz üçün Ailə Qadın Uşaq Komitəsini məlumatlandırdıq. Bu gün ora gedən komissiya üzvləri fotonun oradan götürüldüyünü bildirdilər.
Ümidvarıq ki, bağça haqqında yazımızdan sonra aidiyyati qurumlar bağçanın təmiri , zəbt olunmuş ərazisi üçün bir tədbir görərlər.
Pərvin Abışova, AzTimes.az

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024