Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (23-04-2022, 11:47)
Rusiya müsəlmanları üçün Həcc kvotası iki dəfə azaldıldı

Rusiya müsəlmanları üçün Həcc kvotası iki dəfə azaldıldı

Əksər hissəsini Dağıstandan olan zəvvarların təşkil etdiyi Rusiya müsəlmanları üçün buillik Həcc ziyarəti kvotası pandemiyadan əvvəlki dövrlə müqayisədə iki dəfə azaldılıb. 

Mediatv.az xəbər verir ki, bu barədə “Kavkazskiy uzel” saytı məlumat yayıb. Bildirilir ki, bu il Rusiyadan müsəlmanların müqəddəs şəhəri olan Məkkəyə 11 318 nəfər ziyarətçi gedə biləcək.
2020-ci ildə Səudiyyə Ərəbistanı rəhbərliyi koronavirus səbəbi ilə Məkkə və Mədinəyə başqa ölkələrdən Həcc ziyarətlərini ləğv etmişdi. Həcc ziyarətinə qatılanların sayı 2,5 milyondan 10 minə endirilmişdi və həmin il yalnız Səudiyyə Ərəbistanı sakinləri ziyarətdə iştirak etmişdilər. 2021-ci ildə də  koronavirus pandemiyası səbəbindən digər ölkələrdən Həcc ziyarətləri məhdudlaşdırılmışdı. 2022-ci il yanvarın 1-dən isə ölkə rəhbərliyi “Sputnik V” peyvəndi almış şəxslərin ölkəyə girişinə icazə verib.
Artıq aprelin 16-dan Dağıstanın Milli Siyasət və Dini İşlər Nazirliyi bu il Səudiyyə Ərəbistanına gedəcək zəvvarların ilkin qeydiyyatına başlayıb.
Ümumilikdə Səudiyyə Ərəbistanı bu il cəmi bir milyon zəvvar qəbul edə biləcək. 11 318 nəfərlik kvota isə Rusiya Federasiyasının regionları arasında bölüşdürüləcək.
Qeyd edək ki, bu il Həcc ziyarəti iyul ayının 9-10-a təsadüf edir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025