Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (16-02-2022, 12:53)
ADY-dən təhlükəli vəziyyətdə olduğu iddia edilən sütunlarla bağlı AÇIQLAMA

 Sosial şəbəkələrdə Dəmir Yolu Vağzalının ərazisində çəkilən sütunun fotoları müzakirələrə səbəb olub.
İddia edilir ki, sütunlar yararsız vəziyyətdədir. Mövcud halda ərazidən vətəndaşların gediş-gəlişinin təhlükəli olduğuna dair fikirlər insanlar arasında ciddi narahatlıq yaradıb.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ərazidəki sözügedən sütunlar üzərində təmir-bərpa işləri sonuncu dəfə 1990-cı illərin sonu 2000-ci illərin əvvəlində aparılıb:
“Sütunları örtən aqlay daşları bir çox yerlərdə aşınıb qopduğu üçün təhlükəli vəziyyət yaradırdı. Həmin ərazinin sərnişinlərin sıx hərəkət etdiyi və küləktutan yer olduğu nəzərə alınaraq, yenidən təmir işləri zərurəti meydana gəlib. Məlumat üçün bildirək ki, sütunlar üzərindəki aqlay daşları sökülərkən beton laylarında yamaqlar aşkarlanıb. Ona görə də sütunlar hazırda yenilənir. Qopan aqlay daşları sökülərək sütunlar yenidən betonlanacaq,  sonra əvvəlki şəkildə aqlayla üzlənəcək. Bərpa işləri aparılarkən binanın memarlıq kompleksinə heç bir zərər gətirilməyəcək, əksinə daha səliqəli görünüşdə, sərnişinlərin hərəkətinə təhlükəsiz vəziyyətdə vağzal kompleksinə yenə də xüsusi rəng qatacaq”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025