Sosial / Slayd (16-02-2022, 10:00)
Şəmkirdə ALİMPAŞA GÜNLƏRİ davam edir... - İDDİA

Məqalədə daha sona bildirilir: "Bir neçə gün öncə baş vermiş dəhşətli avtoqəza gizlədilməyə çalışsa da, Şəmkirdə bu barədə hamı məlumatlıdır. Şəmkir rayonundan etibarlı mənbələrimizdən əldə etdiyimiz məlumata , ötən həftə, Şəmkir rayon icra hakimiyyətinə məxsus, 57-AA-181 dövlət qeydiyyat nişanlı, qara rəngli, Chevrolet Niva markalı, Sənədlər və Vətəndaşlarla İş Şöbəsinin müdiri Elgün Seyidovun şəxsi istifadəsində olan avtomobil rayon ərazisində dəhşətli avtoqəza törətmişdir. Həmin vaxt avtomobili Elgün Seyidov idarə etmiş, sərnişinləri isə Hüquq Şöbəsinin müdiri Ruslan İsmayılov və icra hakimiyyətinin digər əməkdaşı Araz Hüseynov olmuşdur. İlk baxışdan təbii hadisə kimi qiymətləndirilə bilinəcək hadisənin təfərrüatına varanda, əldə etdiyimiz məlumata görə hər 3 vəzifəli şəxs yüksək dozada spirtli içkinin təsiri altında olmuşdur. Nəticədə dövlətə məxsus avtomobillə digər avtobili əzərək, dəhşətli hadisə törətmişdirlər. Xoşbəxtlikdən hadisə nəticəsində ölən və yaralanan olmasa da, avtomobillərə ciddi ziyan dəymiş, Şəmkir rayon icra hakimiyyətinə məxsus, 57-AA-181 dövlət qeydiyyat nişanlı, qara rəngli, Chevrolet Niva markalı avtmobil yararsız hala düşmüşdür.
Maraqlıdır ki, bu gün Ölkə Prezidenti İlham Əliyev məmur vətəndaş münasibətindən, təvəzökarlıqdan danışdığı məqamda, Elgün Seyidov kimə və nəyə bu qədər arxayın olaraq, xidməti dövlət avtomobili içkili və sərxoş halda idarə etməyə curət tapmışdır ?!
RƏŞAD TAĞIYEVİN bu barədə hansı ölçü götürəcəyini Şəmkir insanları yaxından biləcəkdir".
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq..

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
13 09 2025
12 09 2025
12 09 2025