Sosial / Slayd (15-02-2022, 12:06)
“INTEKS” MMC-dən görünməmiş ÖZBAŞINALIQ

Təmraz Tağıyevin sözlərinə görə, vaxtilə Bakı Şəhər Statistika İdarəsinin yerləşdiyi bina istifadəsiz qaldığından binanın bir mərtəbəsinə müvəqqəti olaraq məcburi köçkünlər də yerləşdirilib: “Bu gün Nərimanov Bələdiyyəsi üzləşdiyi çətinliklərə baxmayaraq, dörd şəhid ailəsini işlə təmin etməklə yanaşı, 20 nəfər qazini və 15 aztəminatlı ailəni himayəyə götürüb”.
Bələdiyyə sədri onu da bildirib ki, “INTEKS” şirkəti Nərimanov Rayon Bələdiyyəsinin məktubuna reaksiya belə verməyib: “Natiq Əliməmmədov Nərimanov Məhkəməsinə müraciət edərək cəmi on gün ərzində vəsaitin ödənilməsini qadağan edən qərardad ala bilib. Qərardadı isə Məhkəmənin hakimi Gültəkin Əsədova imzalayıb. Təəssüf doğuran hal odur ki, iki dəfə keçirilən baxışa seçkili orqanın təmsilçiləri dəvət edilməyib və qərardad da iştirakımız olmadan qəbul edilib. Zəngin təcrübəyə malik bir hakimin belə qərar qəbul etməsi həqiqətən təəccüblüdür. Maraqlıdır ki, çox operativ şəkildə, faktiki vəziyyəti təhlil etmədən, araşdırmadan bələdiyyənin əleyhinə qərarın qəbul edilməsi ən azı hər kəsdə bu qərarın hansısa maraq naminə qəbul edildiyi ehtimalını yaradıb.
Qəbul edilmiş qərardad işin konkret hər hansı bir faktiki və hüquqi hallarına uyğun olmamaqla yanaşı iş üzrə cavabdeh olan bələdiyyənin iş ahəngini pozmaqla, hüquqların məhdudlaşdırılmasına səbəb olur ki, bu da qanunvericiliyin tələblərinə ziddir. İndi biz də Nərimanov Məhkəməsinin qərardadından apellyasiya şikayəti vermişik. Məhkəmə fevralın 23-nə təyin edilib. Hakimin ədalətli qərar çıxaracağına ümid edirik”.
Məsələ ilə bağlı dəfələrlə “INTEKS” MMC ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 06 2025
1 06 2025
31 05 2025
31 05 2025
31 05 2025
31 05 2025
31 05 2025
31 05 2025
31 05 2025
31 05 2025
31 05 2025
31 05 2025
31 05 2025
31 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025