Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (12-02-2022, 09:12)
Azərbaycanda polkovnik vəfat etdi - Foto

Azərbaycanda polkovnik vəfat etdi


Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Xəzər Abbasov vəfat edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, evində ikən qəfil ürək tutmasından dünyasını dəyişib.

Ehtiyatda olan polkovnik Fəxri Qarovul dəstəsinin iştirakı ilə “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Abbasov Xəzər Həmid oğlu 1968-ci ildə Bakıda anadan olub. O, Minsk Ali Hərbi və Siyasi Məktəbinin məzunudur. Döyüş bölgəsindəki fəaliyyəti ilə yanaşı, Müdafiə Nazirliyinin əks-kəşfiyyat idarəsində də müxtəlif vəzifələrdə çalışıb. Bundan başqa, Xəzər Abbasov əvvəllər Azərbaycanın Qazaxıstandakı və Gürcüstandakı səfirliklərinin hərbi ateşşesi vəzifəsində də işləyib. O, daha sonra xidmətini Müdafiə Nazirliyində davam etdirib. Polkovnik Abbasov xidmətdə ikən müxtəlif medal və ordenlərlə təltif edilib. 

4 il öncə ehtiyata çıxan polkovnik Abbasovun bu gün 54 yaşı tamam olacaqdı.

Emin Səfərov



шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025