Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (24-11-2014, 20:46)
“Patron”dan daha bir saxta reklam nümunəsi!

“Xeberinfo.com”: Günəbaxan tumlarının yalançı reklamları və gigiyenik tələblərə cavab verməməsi ilə bağlı yazılarımız ictimai arenada gözləniləndən də artıq rezonans doğurmaqdadır. Bir qrup ölkə vətəndaşınıniqtisadiyyat və sənaye naziri Şahin Mustafayevə və Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənova ünvanladığı müraciəəsasında hazırladığımız yazılardan sonra redaksiyamıza bu istiqamətdə əlavə məlumatlar daxil olmaqdadır. Belə məlumatlardan birini də İstehlakçıların Hüquqlarının Müdafiəsi İctimai Birliyindən əldə etmişik. Birliyə müraciət edən vətəndaş Elnur Vəliyev də “Patron” tumlarının yalançı reklamından şikayətçidir.  

 

Aktuallığını nəzərə alıb, şikayəti olduğu kimi dərc edirik.

Posterdə gördüyünüz kimi qalib gəlmək üçün

2 Ardicil Nömrə, 4 fərqli rəng = Telefon qazandırır.

Və mətnin qarşısında deyilən fikrin şəkilli izahı verilir.

 

Hesab edirəm ki, Posterdə qeyd olunan mətnə görə mən qazanmışam. 

Çünki 2 ardicil rəqəmi və 4 fərqli rengi birgə toplamaliyam.

(1 əd İphone 5 və 4 ədəd Sadə telefon)

 

Lakin mətnin izahlı şəkilinə görə qazanmış sayılmıram.

Belə ki, qarşı tərəf mətnin izahını birmənalı qayda olaraq məhz bu şəkili təsvir etdiyini əsas gətirərək, mənim qalib gəlmədiyimi bildirir.

 

Düşünürəm ki, bu şəkilin izahını fikir olaraq izah etsək deyilməli idi ki

2 Ardicil Nömrədən,

4 fərqli rəngin hər biri (və ya hər biri 4 fərqli rəng) = Telefon qazandırır.

 

 

Bu fikir şəkilin düzgün izahı hesab olunardı.

 

Kuponda qeyd olunan 050 485 84 88 mobil nömrəyə cavab verən şəxs "orada səhv gedib, düzgün variant başqa cürdür, mən sadəcə şikayət edənlərin nömrələrini toplayıb müdirə ötürürəm" deyir.

 

1. Buna görə də müxtəlif istiqamətə yozulan 2-3 mənalı fikir söyləyib məhsulun çaşdırıcı reklam edilməsindən şikayətliyəm.

2. Bu məsələdə haqlı tərəf kimin olduğunu və hazırda toplanan kupon hədiyyə qazanıb qazanmadığını aydınlaşdırmağa köməklik etməyə xahiş edirəm.

 

Məktuba əlavədə

1.Şirkətin posteri

2.Yalnış fikirin təsviri

3.TopladığımKuponlar

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024