Region / Slayd (29-06-2014, 17:24)
Zahid Oruc: “Mobil operatorlar hamımızdan oğurluq edir”
“Azərbaycanda mobil operatorlar arasında həqiqi prinsiplər işləmir”.
Bunu AzNews.az-da “Telefon” rublikasının qonağı olan Milli Məclisinin Təhlükəsizlik və müdafiə məsələləri üzrə komitəsinin üzvü, deputat Zahid Oruc bildirib.
- Zahid müəllim, mobil operatorların xidmətindən razısınızmı?
- Xeyr, qətiyyən razı deyiləm.
- Niyə razı deyilsiniz?
- Hesab edirəm ki, mobil operatorlar arasında normal rəqabət mühiti yoxdur. Onlar arasında bazar iqtisadiyyatının həqiqi prinsipləri işləmir. Bu cəhətdən mobil operatorlar abonentlər üzərində hörümçək toruna bənzər bir sxem qurublar. Mobil operatorlar arasında normal rəqabətin olmaması səbəbindən, bu sahədə vətəndaşların seçim imkanları son dərəcə məhduddur. Həmçinin danışıq tarifləri kifayət qədər bahadır. İnsan iradəsindən kənar müxtəlif xidmətlər baş verməkdədir. Hüquqi vasitələrlə mobil operatorlara müdaxilə etmək fikrinə düşsən, məhkəmə çəkişməsində itirdiklərin həmən qeyd etdiyimiz vasitələrlə olan itkilərdən daha böyükdür. Ona görə də, insanlar pislərin üzərindən yaxşını seçmək məcburiyyətində qalıblar.
- Digər hansı problemlər görürsüz?
- Xaricdə olarkən mobil operatorlarımızın göstərdiyi rominq xidməti vətəndaşın cibinə girməyə xidmət edir. Ən adi məsələlərin dəqiqləşdirilməsi çox müşkül məsələyə çevrilir. Burada da tariflərin yüksək olduğunu söyləyə bilərəm. Həmçinin internet xidmətlərində ciddi nöqsanlar var. Bu sahədə də vətəndaşların aldadılması üzərində qurulmuş çox böyük biznes sahələri var. Ona görə də mən Azərbaycandakı mobil operatorları insanların üzərində çox “məharət”lə qurulmuş əməliyyat sahibləri hesab edirəm. Onlar hamımızdan oğurluq edir.
- Mobil operatorlarla bağlı hər hansısa yerə şikayətiniz olubmu?
- Dəfələrlə belə şikayətlərim olub. Buna cavab olaraq, nəticədə müxtəlif üzrxahlıqlar, hər hansı izahlar, başqa xarakterli aydınlaşdırmalar veriblər. Təəssüf ki, bizim başqa bir alternativimiz yoxdur. Məcburən sözü gedən mobil operatorların biri ilə işləməliyik. Yeri gəlmişkən, deyə bilərəm ki, mobil operatorlar hər hansı bir kompaniyalar vasitəsi ilə, rəsmi qurumlarla müqavilə bağlayır və onlar şirnkləşdirməkdən ötrü müxtəlif fərqli tariflər göstərilir. Burada da son dərəcədə çeşidliklə hesablanmış, vətəndaşın mənəvi, psixoloji halını özündə nəzərə alan və amma orada da şirkətin maraqlarını güdən sistemlər yaradıblar. Bu da əlbəttə ki, abonentlərin hüquqlarının pozulmasına gətirib çıxarır. Bundan başqa mobil operatorlar iradəmizdən kənar müxtəlif kompaniyaların, qurumların mesajları daxil olur. Bu cür mesajların da arxasında da heç bir reallıq dayanmır.
- Ayda mobil xidmətdən istifadəyə görə nə qədər pul xərcləyirsiz?
- Xarici səfərlər zamanı bu məbləğ 100 manat civarında ola bilər. Ancaq ölkə daxili şəraitdə qeyd etdiyim rəqəmdən çox deyil. Konturlarımın da çox getməsinin başlıca səbəbi mediadakı dostlarımla daimi telefon əlaqəsində olmağımdı.
- Əksər insanlar eyni rəqəmli – bahalı nömrələr almağa meyillidirlər. Belə nömrələr işlədənlər arasında deputatlara da rast gəlinir…
- Belə nömrələrdə xüsusi bir üstünlük görmürəm. Mənim 211-lə başlayan mobil telefon nömrəm isə Milli Məclisdə pulsuz paylanıb. Bir məsəl var ki, pişiyin nə rəngdə olması mənim üçün önəmli deyil və əsas onun siçan tutmaq qabiliyyətidir. Ümumən dünyada insanlar arasında təkcə mobil deyil, o cümlədən maşın, mənzil nömrələri ilə bağlı rəqabət, yarış… var. Mən elə düşünmürəm ki, kimsə “zerkanli” nömrə sahibidirsə, bu, onun özünü sadə insanlardan ayırmaq mənasına gəlir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024