Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (27-02-2014, 10:31)
Azərbaycan müharibəyə başlaya bilərmi?

 

Baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bugünlərdə Xocalı faciəsilə bağlı keçirilən tədbirdə bildirib ki, Azərbaycan müharibə tərəfdarı olmasa da, istənilən vaxt torpaqlarını azad etmək üçün müharibə etməyə hazırdır: 

“Ermənistan 20 ildən artıqdır ki, torpaqlarımızı işğal edib. Gec-tez işğal olunmuş torpaqlarımızı azad edəcəyik. Artıq Azərbaycan ordusu güclənir. Biz hər vaxt müharibəyə hazırıq. Ermənistan qeyri-konstruktivliyini davam etdirərsə, Azərbaycan 100 il əvvəl ermənilərin işğal etdiyi torpaqları da azad edəcək. Biz heç nədən qorxmuruq. Sadəcə, qan tökülməsinin tərəfdarı deyilik. İstəyirik ki, regionda sülh və əmin-amanlıq olsun”.
Ə.Həsənov Ermənistanın Azərbaycana vurduğu ziyanın 300 milyarddan çox olduğunu deyərək, bunun təsəvvür olunmaz ziyan olduğunu vurğulayıb.
Politoloq Arif Yunus Əli Həsənovun dediklərinə münasibət bildirərkən bir müddət əvvəl digər YAP-çı deputat Siyavuş Novruzovun səsləndirdiyi “Lazım olsa, İrəvanı da qaytaracağıq” fikrini yada salır. Deyir ki, bu adamlar belə bəyanatlar verməkdənsə, işlə məşğul olsunlar: “Adətən işləyən adamlar danışmır, iş görmək istəməyənlər isə boş söz-söhbətlə məşğuldur: ”Öncə Qarabağı ermənilərdən azad edin, qaytarın, sonra digər məsələlərlə məşğul olun. Qarabağda bir kəndi də qaytara bilməyənlər, 20 metr irəli addım atmayanlar İrəvanı qaytarmaqdan danışır. Əlbəttə, bu tip danışıqlar nağıldır. Hökumət rəsmiləri Qarabağla bağlı heç nə etmək istəmir və boş-boş danışmaqla bunu ört-basdır edirlər".
шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024