Sosial (9-05-2021, 19:30)
Əziz Əzizov veteranları ziyarət edib

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə mayın 9-da Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavini və RİHBA-nın şöbə müdirləri müharibə iştirakçıları Suraxanı rayonu, Yeni Suraxanı qəsəbə sakini Hüseynov Cənnət Əli oğlunu və Əmircan qəsəbə sakini Baxışov Seyfulla Abdulla oğlunu ziyarət etmiş, ailələrinə ərzaq yardımı göstəriblər.
"Mediatv.az" xəbər verir ki, Azərbaycanın bu tarixi qələbəyə mühüm töhfələr verdiyini qeyd edən Əziz Əzizov Böyük Vətən Müharibəsinin iştirakçılarını Qələbə bayramı münasibətilə təbrik edərək xoş arzularını çatdırıb, onların qayğıları ilə maraqlanıb.
Görüş zamanı Azərbaycan xalqının faşizmə qarşı apardığı mübarizədən, bu mübarizədə göstərdiyi fədakarlıqlardan bəhs edən veteranlarımız ümummilli lider Heydər Əliyevin bu bayrama xüsusi önəm verməsini, həmin ənənənin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən bu gün də davam etdirilməsini xalqımızın tarixi qəhrəmanlığına verilən qiymətin göstəricisi kimi dəyərləndiriblər.





























