Qazinin atası Teyyub Həsənov Cebhe.info-ya şikayətində bildirib ki, 2 ay əvvəl protez mərkəzində yoxlanan Muradı müalicə etdikdən sonra 10-15 gün ərzində protezlə təmin edəcəklərini bildirsələr də, daha sonra onlardan xəbər çıxmayıb:

"Orada ölçü götürdükdən sonra bizə dedilər ki, get, sənə xəbər edəcəyik. Artıq 2 aydan çoxdur ki, bir xəbər yoxdur. O həddə çatıb ki, qıçının sümüyü uzanıb və əməliyyat olunmalıdır.
Sabah əməliyyat üçün Salyan xəstəxanasına yollanacağıq. Görək vəziyyət nə yerdədir. Biz “YAŞAT” Fonduna da müraciət etmişdik, dedilər baxacağıq, lakin sonra oradan da xəbər çıxmadı. Muradın yaşadıqlarına görə psixoloji durumu da gərginləşib".