Sosial (25-02-2014, 13:03)
ANS 200 min istəyir
Fevralın 24-ü Yasamal Rayon Məhkəməsində ANS-in saytlara qaldırdığı iddiaya əsasən ilk məhkəmə prosesinin keçirildiyi haqda xəbər vermişdik.
Xatırladaq ki, məhkəmədə qarşı tərəf qismində İnterpress.az saytı iştirak etməli olsa da, sayt rəhbərliyi məhkəmədə iştirakdan imtina etmişdi. Onlar bunu iddiaçı tərəfin ərizəsindən məlumatsız olmaqları ilə əlaqələndirmişdi.
AzNews.az saytı ANS-in İnterpress.az saytına qarşı qaldırdığı məhkəmə iddiasının sürətini əldə edib. İddiada qeyd olunur ki, sayt telekanal rəhbərinin şərəf və ləyaqətinə xələl gətirən, ANS-in ictimai nüfuzuna zərbə vuran material yayımlayıb.
Kanal məhkəmədən xahiş edir ki, saytdan təkzib verməsi və mənəvi ziyana 200 min (iki yüz min manat) manat cərimə edilməsi ilə bağlı qərar çıxarsın.
Həmin ərizənin sürətini təqdim edirik: