Sosial / Slayd (14-10-2014, 19:20)
Suraxanının icra başçısı kimin postuna iddialıdır? - PA-dan xəbərdarlıq
Suraxanının icra başçısı İlqarAbbasova rayondan edilənçoxsaylı şikayətlərlə bağlıPrezident Administrasiyasındanxəbərdarlıq olunub.
Mia.az-ın xəbərinə görə, ARDNŞ-in və Əmlak Məsələləri Dövlətkomitəsinin balansında olan torpaqsahələri və qeyri-yaşayış sahələriüzrə qanunsuzluqlara yol verən Əliİnsanovun keçmiş silahdaşı (İlqar Abbasov Əli İnsanovun dövründə Səhiyyə Nazirliyində şöbə rəisi olub) hazırda vəzifəsini qorumaq üçün barəsində formalaşmış mənfirəyi dəyişməyə can atır. Ancaq günü-gündən fiziki şəxslərlə bərabər,dövlət qurumlarının da şikayətlərinin sayının artması, üstəlik,məhkəmələrdə Suraxanı rayon İcra Hakimiyyətinin qanunsuzluqlarıilə bağlı çoxsaylı iddiaların olması Prezident Administrasiyasırəhbərliyinin narazılığını gücləndirib.
Mənbə bildirir ki, İlqar Abbasovun Suraxanıdakıqanunsuzluqlarından yayınmaq üçün vəzifəsini dəyişmək üçünhakim düşərgədə bir neçə qruplaşmaya minnətçi düşüb: «O, bütüngücü ilə Suraxanıdan ayrılıb, Bakının digər rayonlarından birinəbaşçı təyin edilməyə çalışır. Onun buna nə dərəcə nail olacağını isəzaman göstərəcək».