Sosial (24-02-2014, 15:15)
“Sürücülərin mədəniyyəti ən problemli yerimizdir”
“Avtobus sürücülərin mədəniyyəti bizim ən problemli yerimizdir. Bilirsiniz ki, bu tam şəkildə özəl sektora məxsus bir sahədir. Müxtəlif fiziki və hüquqi şəxslər bu sahədə faəliyyət göstərirlər və bu şirkətlərin rəhbərləri avtobus sürücülərini mədəni şəkildə xidmətlərin göstərilməsində, harda gəldi düşürüb-mindirmək kimi məsələlərdə məsuliyyət daşıyırlar”.
“Mediatv.az” ANS PRESS-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan nəqliyyat naziri Ziya Məmmədov deyib. Nazir bildirib ki, nazirlik dəfələrlə bu barədə xəbərdarlıq və tövsiyyələr edib: “Sürücü peşəsi mürəkkəbdir. Əslində hər bir sürücüyə fərdi qaydada nəzarətçi təyin edə bilmərik. Hamı insandır və hamı bilməlidir ki, normativlər, cədvəllər var və buna əməl edilməlidir. Ona görə də Nəqliyyata İntellektual İdarəetmi Sistemi bu cür halların aşkar edərək hüquqi və fiziki şəxslərə xəbərdarlıq etməklə məşğul olmalıdır. Biz sərnişinlərin təhlükəsiz daşınması ilə bağlı işlər aparırıq və avtobuslarda sürət həddinin müəyyən edilməsi də bu tədbirlər sırasındadır. Hazırda testlər gedir və əgər uğurlu nəticələr olarsa, təbii ki, bütün şəhər nəqliyyatında tətbiq olunacaq”.
Avtobusların reyslərə nasaz çıxması və bununla bağlı reydlərin keçirilməsinə toxunan Z.Məmmədov deyib ki, nazirlik bununla bağlı ciddi nəzarət müəyyənləşdirib: “Nəinki avtobuslar texniki yoxlamadan, eyni zamanda sürücülər də lazimi tibbi yoxlamadan keçirilməlidir. Bu istiqamətdə də müəyyən işlər aparırıq və müəyyən nəzarət qurum yaratmışıq. Hər bir sürücü ilə ayrı ayrılıqda müqavilələr bağlanılmalıdır ki, sürücülər məsuliyyət hiss etsinlər. Biz bu barədə dəfələrlə tövsiyyələr vermişik”.
Azərbaycana yeni avtobusların və taksilərin gətirilməsini və onların əlillər üçün də nəzərdə tutulması barədə danışan nazir qeyd edib ki, əlillərin qüsurlarına asılı olaraq, onların əksəriyyəti heç avtobuslara minmirlər: “İndiki bəzi avtobuslarda da əlillər üçün yerlər var. Əksəriyyətinin də öz avtomobilləri var. Əlbəttə yeni avtobusların və taksilərin alınması gözlənilir. Bilirsiniz, qarşıda Avropa Oyunların keçirilməsi gözlənilir və buna böyük hazırlıqlar gedir”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024