Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (31-01-2014, 10:24)
Avtobusları nə vaxta qədər işləyəcək?

  Bakıda şaxtalı hava ilə yollarda yaranmış problemlər insanları narahat edir

 

Hər kəsi maraqlandıran məsələlərdən biri sərnişin avtobuslarının bu gün necə işləyəcəyidir. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun ANS PRESS-ə verdiyi məlumata görə, bu gün paytaxtda xəttə buraxılan sərnişin avtobuslarının sayı təxmini 2 minə yaxındır. Lakin gün ərzində havanın necə olacağından asılı olaraq, sərnişin avtobuslarının saat neçəyə qədər işləyəcəyinə qərar veriləcək.
“Hələlik bütü avtobuslar xəttə buraxılıb. Düzdür avtobus qrafikində gecikmələr ola bilər. Hələlik nəzərdə tutulub ki, avtobuslar axşam saatlarına qədər işləsin. Lakin ola bilər ki, hava daha da pisləşsin. Belə vəziyyətdə, biz sərnişinləri təhlükə altında qoya bilmərik”, - deyə Namiq Həsənov bildirib.
Nazirlik rəsmisi bildirib ki, sərnişin avtobuslarının gediş haqqı qiymətlərində də heç bir artım ola bilməz: “Əgər kimsə süni qiymət artımı ilə rastlaşsa, nazirliyin 012 561 76 28 saylı “Qaynar xətti”nə müraciət edə bilər”, - deyə N.Həsənov əlavə edib.
Qeyd edək ki, səhər saatlarında sakinlər avtobusların vaxtında işləməməsindən, bəzi ərazilərdə isə ümumiyyətlə sərnişin avtobusunun olmamasından şikayətlənir.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024