Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (22-04-2014, 17:31)
Şıxlinskayanın klinikasında soyğunçuluq -10 günə 3500

 

Leyla Şıxlinskaya klinikasında can bazarı…

Tbilisi prospekti 100, mənzil 26-da yaşayan Əlimürsəl Hacızadə Leyla Şıxlinskayanın klinikasının həkim personalının qeyri-qanuni hərəkətlərindən və özbaşınalıqlarından narazıdır. Bugun.az xəbər verir ki, o başına gələnlərlə bağlı “Qafqazinfo” ya şikayət məktubu göndərib.

Şikayətçi bildiri ki, martın 14-də şikayətçinin əkiz nəvələri Neftçilər Xəstəxanasında dünyaya gəlib:

“Doğum evinin pediatrı Nigar xanım uşaqları müayinə edərkən oğlanda atriziya olduğunu aşkar edib. Nigar xanım müalicə üçün Kübra Fərəcova adına Elmi-Tədqiqat və Pediatriya İnstitutunun bu sahə üzrə mütəxəssisi professor Gündüz Ağayevlə məsləhətləşdiyini deyərək  uşağın əməliyyata ehtiyacı olduğunu bildirib. Biz də dərhal razılaşdıq. Professor onu da bildirib ki, burada əməliyyat oluna bilər, ancaq əməliyyatdan sonra uşağa qulluq aşağı səviyyədə idi. Biz ailə üzvlərimizlə dəhlizdə məsləhətləşərkən professor Ağayevin assistenti bizə bildirdi ki, Gündüz Ağayev Leyla Şıxlinskaya xəstəxanasında da əməliyyatlar həyata keçirir və orada əməliyyatdan sonrakı qulluq daha yüksək səviyyədədir. Biz professorla razılaşıb Leyla Şıxlınskaya klinikasına gəldik. Burada uşağın əməliyyat olunması və əməliyyatdan sonrakı mərhələdə uşağa xidmətlə bağlı qiymətləri bizə təqdim elədilər. Əməliyyat və əməliyyatdan sonrakı 10 gün üçün bizdən 3500 manat istənildi. Nəzərinizə çatdırım ki, bir çarpayının bir günlük qiyməti heç bir dərmansız 180 manatdır.

Biz hər şeyə hazır olduğumuzu bildirdik. Bizimlə sövdələşən baş həkim Ələkbər Kərimov idi. O dərhal uşağın klinikaya gətirilməsi üçün ambulans maşınına göstəriş verdi. Amma sən demə Leyla Şıxlinskaya klinikasında bütün göstərişləri baş həkimin müavini Sevda xanım verirmiş. Biz uşağın gətirilməsinə hazırlaşmaq istəyərkən tibb bacılarından biri bizə yaxınlaşıb bildirdi ki, Sevda xanım bu işə yox deyib. Biz də səbəbini öyrənmək üçün Sevda həkimin yanında olduq. O, bizi görən kimi, bunun çox çətin əməliyyat olduğunu və buna çoxlu maddi vəsait tələb olunacağını bildirməklə, dönə-dönə bizdən bu məsrəfləri ödəməyə hazır olub-olmadığımızı soruşdu. Cavab verdim ki, artıq 5-ci dəfədir ki, bizə əməliyyatın ağır olduğunu deyiblər. Siz əvvəl xəstəni qəbul edin öz borcunuzu yerinə yetirin. Biz hər şeyə hazırıq.

Mən Sevda xanıma bildirdim ki, biz sizin klinikaya sadəcə mütəxəssis professor Ağayevin arxasınca gəlmişik. Çünki o, əməliyyatın bu klinikada keçirilməsini məqbul hesab etmişdi. Beləliklə, uşaq dünyaya gələn günün səhəri ayın 15-də saat 16:00-da həkim Ağayev əməliyyata başladı. 2 saat davam edən əməliyyatdan sonra Ağayevlə görüşdük və o, bizə əməliyyatın uğurlu keçdiyini bildirdi. Bundan sonra uşaq 33 gün həmin klinikada qaldı. 10 gün ərzində pediatriya şöbəsinin müdiri Sahib Cəfərov olmadığından bütün işlər Bəxtiyar həkimə tapşırıldı. Bizdə də o həkimə inam yarandı”.

Ə. Hacızadə qeyd edir ki, bir müddət sonra uşağın böyrəküstü vəzlərinə qan sızdığı barədə onlara məlumat verilib:

“Təxminən 5 gün sonra qan sovrulmağa başlayıb. Təbii ki, bütün bu müddətdə uşağa daimi sistem köçürülüb. Sistem vasitəsi ilə uşağa vurulan dərmanların təsirindən onun bədənində şişmə var idi. Onu da qeyd edim ki, uşağa vurulan dərmanların hər biri 218 manatdan hesablanırdı. Nəhayət , pediatriya şöbəsinin müdiri doktor Cəfərov işə qayıtdı və bütün işləri öz nəzarətinə götürüb. Amma biz nədənsə Bəxtiyar həkimə daha çox inanırdıq. Çünki Cəfərovun danışıqlarından bu əməliyyat haqda anlayışsız olduğu aydın olurdu. Uşaqda müsbət simptomların olduğunu görən professor Gündüz Ağayev uşağın göbək nahiyəsindən onun qidalanması üçün yenidən əməliyyat edib zond qoydu ki, körpənin az da olsa ana südü ilə qidalanmasını təmin edə bilsin. Həkim bildirdi ki, bu onun qida borusunun tezliklə sağalmasına və ümumiyyətlə bədəninin müqavimətinin artmasına kömək göstərəcək. Bir neçə gündən sonra doktor Ağayev öz işi ilə əlaqədar Strasburqa gedib.

Qeyd edim ki, uşağın anası hər gün onun yanına gedirdi. Gün-gündən uşağın səhhətində yaranan müsbət dəyişikliyi o da hiss edirdi. Günlərin bir günü bizə bildirdilər ki, tibb bacısının səhlənkarlığı ucbatından uşağın qidalanması üçün qoyulan zond mədədən çıxarılıb. Həmin vaxt professor Ağayev Strasburqda olduğundan şöbə müdiri Cəfərov başqa xəstəxanalardan həkim dəvət edib zondu yerinə salmaq istəsə də bu mümkün olmadı. Biz Cəfərovdan zondun necə çıxdığını soruşduq. “Zond Ağayev tərəfindən fiksasiya olunmayıb (yəni bərkidilməyib). Buna görə də çıxıb deyə” bizə cavab verdi.

Nəhayət, professor Ağayev Strasburqdan qayıdıb. Lakin o da heç nə edə bilmədi. Uşağın mədəsinə qoşulmuş zonda çıxandan sonra qidalanma yenidən ancaq sistem köçürmə vasitəsi ilə həyata keçirildi. Uşaq az da olsa qəbul etdiyi ana südündən məhrum oldu və ancaq kimyəvi dərmanlarla qidalanıb. “Peşəkarların” səvatsızlığına baxmayaraq uşaq həyat uğrunda mübarizə aparırdı. Və onun vəziyyətində mənfi tendensiya hiss olunmurdu. Tibbi personal da deyirdi ki, vəziyyəti sabitdir. Əməliyyatdan sonra 25-ci gün yenidən doktor Ağayev Moskvaya gedəcəyini bildirdi. Biz səfər ərəfəsində onunla görüşüb uşağın durunumu soruşduq. O bildirdi ki, mən dünən müayinədən keçirmişəm xüsusi vasitə ilə yoxlanıb heç bir fəsad aşkarlanmayıb. O, 5 gün sonra qayıdacağını və bir daha yoxlayaq sonrakı prosedurları müəyyən edəcəyini bildirdi. Doktor gedən gündən sonra uşağın vəziyyəti pisləşib. Onu da qeyd edim ki, əməliyyat zamanı köçürdüyümüz 3500 manatdan sonra mən klinikaya müxtəlif vaxtlarda 750 və 850 manat pul köçürmüşdüm. Aprel ayının 17-də səhər saat 08:45-də isə mənə klinikadan zəng oldu və uşağın keçindiyi bildirilib. Mən yox, qohumlarım Sevda xanımla bir daha görüşdülər. O “mən sizə demişdim, bu ağır əməliyyatdır, indi belə oldu, neynəmək olar” dedi. Daha sonra mən doktor Cəfərovla telefonla danışdım. O isə mənə özünün də başına belə bir iş gəldiyini və bizim uşağı çox istədiyini, hətta vəziyyəti pisləşəndə ona özünün 40 qram qan verdiyi söylədi.

Qeyd edim ki, uşaq bu hadisədən bir gün əvvəl çimizdiriblər. Çimizdirən tibb bacısı isə doktor Cəfərovdan sorurmuş ki, bəlkə çimizdirdiyimizə görə uşaq soyuqlayıb? Çünki bizə bildirdilər ki, uşaq plevmaniyadan ölüb.

Necə ola bilər ki həkim yoxlanılmadan qeyri-qanuni şəkildə uşağa öz qanını verib? Uşağı özbaşına necə çimizdirmək olar? Orda qalmağın bir günü 180 manatdır. Düşünürəm ki, həkimlərin bilərəkdən yol verdiyi bütün səhvlər xəstənin daha bir neçə gün orda qalması ilə bağlıdır. Mən kimin günahı varsa hüquq mühafizə orqanları tərəfindən araşdırılacağını qeyd edəndə həkim Cəfərov mənə dedi ki bura özəl klinikadır. Belə çıxır ki, özəl klinikalar özbaşınadır? Buna görə də mən baş verən bu özbaşınalığı və həkim adına yaraşmayan hərəkətləri ilə nəvəmin yaşamaq şansının üstündən xətt çəkənlərin əməllərinin araşdırılması üçün hüquq mühafizə orqanlarına müraciət edəcəm”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
19 05 2024
19 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024